Həkimlərin peşəkar müdaxiləsi ağır vəziyyətdə olan körpəni həyata qaytardı
30.06.2026 14:46
Səhiyyə Nazirliyinin K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda ağır vəziyyətdə qəbul edilən yenidoğulmuş körpənin həyatı həkimlərin peşəkar müdaxiləsi nəticəsində xilas olunub.
Aztibb.az xəbər verir ki, Ağdaş rayon sakini, 25 may 2026-cı il təvəllüdlü körpədə dünyaya gəldikdən dərhal sonra tənəffüs çatışmazlığı əlamətləri müşahidə olunub. İlkin tibbi yardım göstərilsə də, vəziyyətində yaxşılaşma müşahidə edilmədiyindən valideynlərin istəyi ilə ETPİ-na köçürülüb.
İnstitutun Yenidoğulmuşların Reanimasiya və İntensiv Terapiya şöbəsində şöbə müdirinin nəzarət ilə həkim reanimatoloq Şəlalə Həsənova tərəfindən müayinə olunan körpəyə yenidoğulmuşun tənəffüs çatışmazlığı, anadangəlmə pnevmoniya, perinatal dövr üçün spesifik infeksiya və pulmonar hipertenziya diaqnozları qoyulub. Qəbul zamanı vəziyyəti olduqca ağır qiymətləndirilən körpədə tənəffüs çatışmazlığı və sianoz əlamətləri müşahidə olunub. Monitor göstəricilərdə ciddi dəyişikliklər qeyd olunub.
Həkim-neonatoloqların nəzarəti altında aparılan intensiv müalicə və kompleks tibbi tədbirlər nəticəsində körpənin vəziyyəti mərhələli şəkildə stabilləşib. Müalicənin davamı Yenidoğulanların Patologiyası şöbəsində aparılıb. Şöbə müdirinin nəzarəti ilə müalicə həkimi Aygün Manafova tərəfindən aparılan planlı müalicədən sonra uşağın vəziyyəti yaxşılaşıb, çəkisini artırıb. Körpənin valideynləri göstərilən yüksək tibbi xidmətə, həssas münasibətə və peşəkar yanaşmaya görə ETPİ-nin rəhbərliyinə, həkim və tibb personalına dərin minnətdarlıqlarını bildiriblər.
Bu bölməyə aid digər xəbərlər
Gen terapiyası ümumi xəstəliklərin müalicəsində yeni mərhələ aça bilər
21.10.2026 | 15:54
Süni intellekt fotodan xərçəng xəstələrinin ömür müddətini təxmin edir
21.10.2026 | 11:34
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda 24/7 fasiləsiz tibbi xidmət
21.10.2026 | 09:50
Təbiətə virtual tamaşa etməyin beyinə gözlənilməz təsiri araşdırılıb
21.10.2026 | 08:55
Dünya şəhərlərində minlərlə naməlum virus gizlənir
21.10.2026 | 07:51
Yeməkdən sonra 15–20 dəqiqəlik yüngül gəzinti sağlamlığınıza müsbət təsir göstərə bilər
20.10.2026 | 16:42
Əməliyyatda xəstənin bədənində tənzif unuduldu - 2 həkimə məhkəmə iddiası qaldırıldı
20.10.2026 | 13:48
Virusoloq öz üzərində xərçəng müalicəsi sınağı aparıb - Dörd ildir xəstəlikdən azaddır
20.10.2026 | 10:13
Revmatoloq oynaq ağrılarının narahatedici səbəblərini açıqlayıb - Təkcə hava dəyişikliyi ilə bağlı deyil
20.10.2026 | 08:58
Gecə yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər - TƏDQİQAT
19.10.2026 | 09:15
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

