Professor: Ağcaqanadlara qarşı istifadə olunan vasitəni bütün gecə işlək saxlamaq təhlükəlidir
30.06.2026 09:35

"Yataq otağında fumiqatoru (ağcaqanadlara qarşı vasitə) bütün gecə işlək vəziyyətdə saxlamaq sağlamlıq üçün təhlükəli vərdişdir".

 

Aztibb.az "Gazeta" nəşrinə istinadən yazır ki, bu barədə rusiyalı alim Damir Udavliyev müsahibəsində bildirib.

 

Onun sözlərinə görə, fumiqatorlar həşəratları iflic edən sintetik piretroid maddələrini havaya yayır. Kiçik və qapalı otaqlarda bu kimyəvi maddələrin konsentrasiyası gecə ərzində insan sağlamlığı üçün təhlükəli səviyyəyə çata bilər.

 

Mütəxəssis qeyd edib ki, bu buxarların uzun müddət tənəffüs edilməsi başağrısı, ürəkbulanma, selikli qişaların qıcıqlanması, hətta mərkəzi sinir sisteminin fəaliyyətində pozuntulara səbəb ola bilər.

 

Professorun sözlərinə görə, uşaqlar, eləcə də ev heyvanları, xüsusilə pişiklər, quşlar və akvarium balıqları bu toksik maddələrə daha həssasdırlar.

 

Alim fumiqatorun yatmazdan 30-60 dəqiqə əvvəl, çarpayıdan azı bir metr məsafədə işə salınmasını tövsiyə edib. Onun sözlərinə görə, yatmazdan əvvəl cihaz mütləq söndürülməli və yataq otağı yaxşı havalandırılmalıdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır