Səhiyyə Nazirliyi və İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya arasında əməkdaşlıq genişləndirilir
30.06.2026 09:34

Səhiyyə Nazirliyində ölkəmizdə səfərdə olan İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) baş direktoru Kathryne Bombergerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

 

Nazirliyin mətbuat xidmətindən Aztibb.az-a verilən məlumata görə, görüşdə səhiyyə sahəsində, xüsusilə məhkəmə-tibb ekspertizası, DNT analizləri, laborator imkanların gücləndirilməsi, mütəxəssis hazırlığı və bilik mübadiləsi sahələrində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Bildirilib ki, itkin düşmüş şəxslərin axtarışı, şəxsiyyətinin müəyyənləşdirilməsi və bu istiqamətdə müasir elmi yanaşmaların tətbiqi humanitar baxımdan xüsusi əhəmiyyət kəsb edir. Tərəflər beynəlxalq təcrübənin öyrənilməsi və innovativ metodların tətbiqinin bu sahədə görülən işlərin səmərəliliyinin artırılmasına xidmət etdiyini qeyd ediblər.

 

Səhiyyə naziri Teymur Musayev işğaldan azad edilmiş ərazilərdə aparılan axtarış işləri və aşkarlanan insan qalıqlarının identifikasiyası prosesində aidiyyəti dövlət qurumlarının bu istiqamətdə əlaqəli və koordinasiyalı fəaliyyət göstərdiyini bildirib, ICMP ilə əməkdaşlığın bu istiqamətdə mühüm töhfə verdiyini vurğulayıb.

 

ICMP-nin baş direktoru Kathryne Bomberger Azərbaycanda itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində görülən işləri yüksək qiymətləndirərək, rəhbərlik etdiyi təşkilatın gələcəkdə də Azərbaycana texniki və ekspert dəstəyi göstərməyə hazır olduğunu bildirib.

 

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, həmçinin gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

 

 
 
 
 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır