AQTİ-nin əməkdaşı beynəlxalq konfransda iştirak edib
30.06.2026 10:00

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Mərkəzi Fitosanitar Laboratoriyasının molekulyar bioloqu Fidan Verdiyeva Avropa Qida Təhlükəsizliyi Agentliyinin (EFSA) təşkilatçılığı ilə keçirilən Xylella fastidiosa üzrə 5-ci Avropa Konfransında iştirak edib.

 

AQTİ-dən Aztibb.az-a bildirilib ki, İtaliyanın Bari şəhərində təşkil olunan beynəlxalq konfransda karantin tətbiq edilən və dünya üzrə kənd təsərrüfatı bitkiləri üçün ciddi təhlükə yaradan Xylella fastidiosa bakteriyasının diaqnostikası, epidemiologiyası, həşərat vektorları ilə qarşılıqlı əlaqəsi, nəzarət və idarəetmə strategiyaları, həmçinin bu istiqamətdə həyata keçirilən beynəlxalq tədqiqat layihələrinin nəticələri müzakirə olunub.

 

Tədbir çərçivəsində AQTİ-nin əməkdaşı laboratoriyada aparılmış diaqnostik tədqiqatların nəticələrinə əsaslanan poster təqdimatı ilə çıxış edərək ölkəmizdə Xylella fastidiosa bakteriyasının monitorinqi istiqamətində görülən elmi-praktiki işlər barədə beynəlxalq mütəxəssislərə ətraflı məlumat verib.

 

Konfrans proqramı çərçivəsində iştirakçılar üçün Xylella fastidiosa bakteriyası ilə yoluxmuş ərazilərə səfər də təşkil olunub. Səfər zamanı mütəxəssislər xəstəliyin sahədə təzahür formalarını, yayılma dinamikasını, nümunə götürmə prosedurlarını və sahə diaqnostikasının xüsusiyyətlərini birbaşa müşahidə etmək imkanı əldə ediblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır