Anar Bayramov işğaldan azad olunan ərazilərdə fəaliyyət göstərən tibb müəssisələrinə baxış keçirib
29.06.2026 19:52

Anar Bayramov işğaldan azad olunan ərazilərdə fəaliyyət göstərən tibb müəssisələrinə baxış keçirib.

 

TƏBİB-dən Aztibb.az-a bildirilib ki, səfərin məqsədi işğaldan azad olunmuş ərazilərdə əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, pasiyentyönümlü səhiyyə xidmətlərinin əlçatanlığının artırılması, mövcud vəziyyətin qiymətləndirilməsi və gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi olub.

 

İkigünlük səfərin ilk günündə Ağdərə rayonu ərazisində yerləşən Talış kənd Ailə Sağlamlıq Mərkəzi (ASM) və Suqovuşan həkim məntəqəsinə, Tərtər Rayon Mərkəzi Xəstəxanasına, Ağdam Rayon Mərkəzi Xəstəxanasının tabeliyində olan Kəngərli tibb məntəqəsi, Saraclı həkim məntəqəsi və Ağdam modul tipli xəstəxanasına baxış keçirilib.

 

Baxış zamanı tibb müəssisələrinin fəaliyyəti, infrastruktur imkanları, maddi-texniki təminatı, tibbi avadanlıqlarla təchizatı, kadr təminatı, vətəndaşlara göstərilən tibbi xidmətlərin təşkili, eləcə də iş prosesinin təkmilləşdirilməsi istiqamətində aidiyyəti şəxslərlə müzakirələr aparılıb.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır