Nadir rast gəlinən mürəkkəb patologiyaları olan pasiyentdə müştərək cərrahi əməliyyat icra olunub
29.06.2026 15:05

ATU-nun Tədris Cərrahiyyə Klinikasında nadir rast gəlinən mürəkkəb patologiyaları olan pasiyentdə müştərək cərrahi əməliyyat uğurla həyata keçirilib.

 

Bu barədə Aztibb.az-a Klinikadan bildirilib.

 

Əməliyyat ATU-nun III Cərrahi Xəstəliklər kafedrasının müdiri, Tədris Cərrahiyyə Klinikasının ümumi cərrahı, professor Fariz Camalovun rəhbərliyi ilə icra olunub.

 

Professorun sözlərinə görə, 1987-ci il təvəllüdlü pasiyentdə döş qəfəsinin sağ plevra boşluğunda yerləşən və ağciyər hilusuna (kökünə) invaziya edən neyrofibroma kompüter tomoqrafiyası müayinəsi zamanı təsdiqlənib.

 

Cərrahi müdaxilə zamanı 9-cu qabırğaarası sahədən torakotomiya icra olunub. Əməliyyat zamanı törəmənin ilkin görüntülərlə müqayisədə daha böyük ölçüdə və ətraf toxumalara daha geniş yayılmış olduğu müəyyən edilib. Şiş ətraf toxumalarla sıx yapışıqlı olduğundan onun ayrılması texniki baxımdan olduqca çətin olub. Buna baxmayaraq, törəmə diqqətlə disseksiya edilərək tam şəkildə xaric edilib.Bununla yanaşı, pasiyentdə əlavə olaraq böyük ölçülü intramural uşaqlıq fibroması (leyomioma) da aşkarlanıb. Törəmənin ölçüsü və lokalizasiyası nəzərə alınaraq, növbəti mərhələdə uşaqlığın ekstirpasiyası planlaşdırılıb.

 

Fariz Camalov bildirib ki, döş qəfəsi və qarın boşluğu orqanlarını eyni zamanda əhatə edən bu cür mürəkkəb patologiyalar olduqca nadir hallarda rast gəlinir:“Bu tip müştərək əməliyyatlar həm diaqnostik, həm də cərrahi baxımdan yüksək peşəkarlıq tələb edir. Bu miqyasda kompleks cərrahi müdaxilə sayca çox az icra olunur”.

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır