Azərbaycan və Latviya arasında səhiyyə sahəsində əməkdaşlıq genişləndirilir
29.06.2026 14:22

Səhiyyə naziri Teymur Musayev ölkəmizdə səfərdə olan Latviyanın səhiyyə naziri Hossam Abu Merinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Nazirliyin mətbuat xidmətindən Aztibb.az-a verilən məlumata görə, qonaqları salamlayan Teymur Musayev qeyd edib ki, Azərbaycan ilə Latviya arasında müxtəlif istiqamətlərdə əməkdaşlıq səhiyyə sektorunda da uğurla davam edir. Nazir bildirib ki, tibbi təhsil, həkimlərin davamlı peşə hazırlığı, elmi-tədqiqat fəaliyyəti və innovativ tibbi yanaşmaların tətbiqi sahələrində qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi üçün əlverişli imkanlar mövcuddur.

 

Teymur Musayev səhiyyə sisteminin rəqəmsal transformasiyasının Azərbaycanın səhiyyə siyasətinin əsas prioritetlərindən biri olduğunu vurğulayaraq, bu istiqamətdə reallaşan tədbirlər barədə məlumat verib.

 

Görüş zamanı qeyd edilib ki, 2025-ci ildə iki ölkənin müvafiq qurumları arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb ki, bu da ikitərəfli əlaqələrin inkişafında mühüm addımdır.

 

Latviyanın səhiyyə naziri Hossam Abu Meri Azərbaycan ilə səhiyyə sahəsində əməkdaşlığın dinamik inkişaf etdiyini vurğulayıb. O, bu cür yüksəksəviyyəli görüşlərin səhiyyə sistemlərinin inkişafına, peşəkar bilik və təcrübə mübadiləsinin genişlənməsinə, eləcə də iki ölkə arasında tərəfdaşlığın daha da möhkəmlənməsinə xidmət etdiyini diqqətə çatdırıb.

 

Sonda tərəflər Azərbaycan və Latviyanın səhiyyə nazirlikləri arasında əməkdaşlığın gələcəkdə də qarşılıqlı etimada və ortaq maraqlara əsaslanaraq davam etdirilməsi istiqamətində əminliklərini ifadə ediblər.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır