Azərbaycanda geobotanika sahəsində mühüm elmi nəticələr əldə olunub
29.06.2026 14:48

Azərbaycanda geobotanika elminin formalaşması və bitki örtüyünün kompleks öyrənilməsi istiqamətində uzun illər aparılan tədqiqatlar mühüm elmi nəticələrin əldə olunmasına imkan verib. Geobotaniki rayonlaşdırmadan nadir meşə ekosistemlərinin tədqiqinədək müxtəlif istiqamətləri əhatə edən bu araşdırmalar ölkənin flora və bitki örtüyü haqqında elmi biliklərin zənginləşdirilməsində mühüm rol oynayıb.

 

Aztibb.az xəbər verir ki, Azərbaycanın tanınmış florist alimi, professor Elşad Qurbanov AZƏRTAC-a müsahibəsində bu sahədə aparılan tədqiqatlar və əldə olunan elmi nəticələrdən danışıb.

 

Professor Elşad Qurbanov bildirib ki, Azərbaycanda geobotanika elminin inkişafı istiqamətində geocoğrafi arealların müəyyənləşdirilməsi, geobotaniki rayonlaşdırılma xəritələrinin hazırlanması və eksperimental botanika sahəsində mühüm elmi tədqiqatlar aparılıb. Bu araşdırmalar geobotanika elminin inkişafına və bitki örtüyünün daha dərindən öyrənilməsinə mühüm töhfə verib.

 

Alimin sözlərinə görə, arid və nadir meşə ekosistemlərinin öyrənilməsi çərçivəsində Kiçik Qafqazda yayılan bir sıra nadir ağac və kol növləri tədqiq olunub. Vələs, fıstıq, ağcaqayın və digər ağac növləri üzrə aparılan araşdırmalar bu sahədə elmi biliklərin genişlənməsinə imkan yaradıb.

 

Elşad Qurbanov qeyd edib ki, subtropik meşə zonaları və tuqay meşələri də geniş şəkildə tədqiq olunub, həmin ərazilərdə yayılan qovaq, dəmirağacı, şümşad və digər bitki növlərinin xüsusiyyətləri elmi əsaslarla öyrənilib.

 

Onun sözlərinə görə, aparılan tədqiqatlar nəticəsində səhra bitki örtüyünün Kiçik Qafqazın həm yüksək, həm də aşağı dağ qurşaqlarında, eləcə də Naxçıvanın yüksək dağlıq ərazilərində yayıldığı müəyyən edilib. Eyni zamanda, çöl bitkiliyinin iqlim amillərinin təsiri ilə dağlıq zonalar üzrə dəyişməsi də elmi cəhətdən əsaslandırılıb.

 

Professor bildirib ki, Atropatena ərazisində alp çəmənlikləri və bataqlıq bitkiliyinin öyrənilməsi də tədqiqatların mühüm istiqamətlərindən birini təşkil edib. Araşdırmalar nəticəsində əsas bitki qruplaşmaları müəyyənləşdirilib, onların geobotaniki və təsərrüfat xüsusiyyətləri aydınlaşdırılıb, flora və bitkiliyin genezisi tədqiq olunub.

 

Bundan başqa, bitki örtüyünün mühafizəsi və səmərəli istifadəsi, təbii yem sahələrinin (yay və qış otlaqları), dərman, efiryağlı, vitaminli və balverən bitkilərin öyrənilməsi və təsərrüfatda tətbiqi istiqamətində də mühüm elmi nəticələr əldə edilib.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır