Azərbaycan Tibb Universiteti Qlobal Dayanıqlı İnkişaf Konqresində təmsil olunub
29.06.2026 09:23

Azərbaycan Tibb Universiteti (ATU) İndoneziyanın Cakarta şəhərində keçirilən və nüfuzlu ali təhsil qurumlarını bir araya gətirən Qlobal Dayanıqlı İnkişaf Konqresi- 2026-da (Global Sustainable Development Congress) öz stendi ilə iştirak edib.

 

Bu məlumat Aztibb.az-a ATU-dan verilib.

 

Bildirilib ki, “Times Higher Education” (THE) reytinq agentliyi tərəfindən təşkil olunan beynəlxalq tədbirdə universiteti elmi işlər üzrə prorektor Məlahət Sultan, İnnovasiya və keyfiyyətin idarə olunması şöbəsinin müdiri Aygün Babayeva və I Mamalıq və qinekologiya kafedrasının əməkdaşı Aynur Rzayeva təmsil edir. ATU nümayəndələri ali təhsil müəssisəsinin dayanıqlı inkişafla bağlı həyata keçirdiyi təhsil və elmi-tədqiqat layihələri, beynəlxalq tərəfdaşlıq proqramları, yaşıl kampus təşəbbüsləri, eləcə də iqlim dəyişikliyinə uyğunlaşma sahəsində atdığı addımları stend ziyarətçilərinin diqqətinə çatdırıblar.

 

 ATU-nun bu konqresdə fəal iştirakı Azərbaycanın ali təhsil sisteminin qlobal gündəmdəki mövqeyinin möhkəmləndirilməsinə, universitetin beynəlxalq tanıtımının artırılmasına və dayanıqlı inkişaf məqsədlərinə töhfə verən təşəbbüslərinin beynəlxalq ictimaiyyətə çatdırılmasına xidmət edir. Bu cür tədbirlər, həmçinin universitetimizin beynəlxalq elmi-akademik şəbəkəyə daha sıx inteqrasiyası üçün yeni imkanlar yaradır.

 

Qeyd edək ki, “Times Higher Education” (THE) reytinq agentliyi tərəfindən təşkil olunan konqresin məqsədi ali təhsil ocaqları, tədqiqat institutları, dövlət qurumları və qeyri-hökumət təşkilatları arasında BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (DİM) istiqamətində görülən işləri təqdim etməkdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır