Kola miqrenə qarşı kömək edir? Həkimdən xəbərdarlıq
29.06.2026 09:15

Miqren zamanı kola içməyin faydalı olduğu barədə yayılan fikirlər hər zaman doğru deyil. Terapevt Denis Prokofyev bildirib ki, bəzi hallarda bu içki baş ağrısını yüngülləşdirə bilsə də, əksər hallarda ciddi sağlamlıq riskləri yarada bilər.

 

Aztibb.az "Medikforum"a istinadən yazır ki, həkimin sözlərinə görə, kola tərkibindəki kofein və şəkər sayəsində yalnız nadir hallarda, arterial təzyiqin 90/60 mm civə sütunundan aşağı düşdüyü hipotoniya zamanı vəziyyəti yaxşılaşdıra bilər. Belə hallarda bəzi dərmanların kola ilə qəbul edilməsi tövsiyə oluna bilər. Lakin bu vəziyyət geniş yayılmayıb.

 

Mütəxəssis vurğulayıb ki, miqren daha çox yüksək qan təzyiqi və ya hipertonik kriz fonunda inkişaf edir. Belə vəziyyətdə kofeinli içkilərin qəbulu arterial təzyiqi daha da yüksəldə bilər ki, bu da infarkt və insult riskini artırır.

 

Qeyd edib ki, kolanın kömək edə biləcəyi digər hal qanda şəkərin kəskin azalması – hipoqlikemiyadır. Bəzi diabet xəstələri xüsusi qlükoza preparatları olmadıqda müvəqqəti olaraq bu üsuldan istifadə edə bilirlər.

 

Həkim sonda xəbərdarlıq edib ki, qan təzyiqini və ya qanda şəkərin səviyyəsini ölçmədən kolanı müalicə vasitəsi kimi qəbul etmək düzgün deyil. Onun sözlərinə görə, diaqnoz qoyulmadan belə üsula əl atmaq sağlamlıq üçün ciddi risk yarada bilər.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır