Eynək, kontakt linza, yoxsa lazer əməliyyatı? Oftalmoloq hansı üsulun daha yaxşı olduğunu açıqladı
29.06.2026 08:35

Görmə qüsurlarının korreksiyası üçün hansı üsulun daha uyğun olduğu sualı pasiyentlər arasında ən çox verilən mövzulardan biridir.

 

Aztibb.az "Life" portalına istinadən yazır ki, oftalmoloq, professor Vyaçeslav Kurenkov bildirib ki, görmənin korreksiyası üçün hər kəsə uyğun universal üsul yoxdur.

 

Onun sözlərinə görə, eynək, kontakt linza və lazer korreksiyasını avtomobil, qatar və təyyarə ilə müqayisə etmək olar. Hər birinin öz üstünlükləri var və seçim pasiyentin fərdi xüsusiyyətlərinə əsasən edilməlidir. Həkimin əsas məqsədi mütləq əməliyyat aparmaq deyil, konkret insan üçün ən təhlükəsiz və effektiv həlli seçməkdir.

 

Professor qeyd edib ki, eynək xüsusilə uşaqlar üçün ən təhlükəsiz və geniş istifadə olunan üsuldur. O, gözlə birbaşa təmasda olmur, xüsusi qulluq tələb etmir və istənilən yaşda istifadə oluna bilər. Lakin periferik görməni müəyyən qədər məhdudlaşdıra, dumanlana və idman zamanı narahatlıq yarada bilər.

 

Kontakt linzalar isə daha təbii görmə və hərəkət sərbəstliyi təmin etsə də, ciddi gigiyena qaydalarına əməl olunmasını tələb edir. Linzaların istifadə müddətini aşmaq və ya qulluq qaydalarına əməl etməmək göz iltihablarının yaranma riskini artırır.

 

Lazer korreksiyası getdikcə daha çox tətbiq olunsa da, bu üsul hər kəs üçün uyğun deyil. Həkim vurğulayıb ki, uğurlu nəticənin əsas şərti əməliyyatdan əvvəl aparılan dəqiq diaqnostik müayinədir. Məhz bu müayinələr pasiyentin lazer əməliyyatı üçün uyğun olub-olmadığını müəyyən edir.

 

Mütəxəssis insanlara seçim edərkən internetdəki rəylərə deyil, peşəkar oftalmoloqun rəyinə güvənməyi tövsiyə edib. Onun fikrincə, düzgün müalicə ən dəbli texnologiya deyil, konkret pasiyent üçün təhlükəsiz və effektiv olan üsuldur.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır