91 yaşlı pasiyentdə mürəkkəb revizion protez əməliyyatı uğurla icra olunub
28.06.2026 14:15

ATU-nun Tədris Cərrahiyyə Klinikasında 91 yaşlı pasiyentdə mürəkkəb ortopedik əməliyyat uğurla həyata keçirilib.

 

Aztibb.az xəbər verir ki, ATU-nun Travmatologiya və ortopediya kafedrasının müdiri, Tədris Cərrahiyyə Klinikasının Travmatologiya və ortopediya şöbəsinin müdiri, professor Cəfər Nəsirli bildirib ki, pasiyent üç il əvvəl oynaq protezləşdirilməsi əməliyyatı keçirib. Sonradan ev şəraitində yıxılaraq travma alan xəstədə protezin sonlandığı hissədə sümük sınığı baş verib.

 

Professorun sözlərinə görə, aparılan müayinələrdən sonra xəstənin əməliyyata alınmasına qərar verilib: “Pasiyent 91 yaşında idi. Təxminən üç il əvvəl ona protez əməliyyatı icra olunmuşdu. Ev şəraitində aldığı travma nəticəsində protezin bitdiyi nahiyədə sümük sınığı yaranmışdı. Xəstənin bütün laborator və instrumental müayinələri aparıldıqdan sonra cərrahi müdaxilə qərarı verildi. Əməliyyat zamanı köhnə protez çıxarıldı və revizion protezlə əvəz olundu. Əməliyyat uğurla başa çatdı və pasiyent əməliyyatdan sonrakı dövrdə heç bir problem yaşamadı”, deyə professor qeyd edib.

 

C.Nəsirli vurğulayıb ki, bu tip hallar ortopediyada periprostetik sınıqlar adlanır və xüsusilə yaşlı xəstələrdə mürəkkəb cərrahi yanaşma tələb edir. Belə sınıqlar implant ətrafında yarandığından həm sümüyün bütövlüyünün, həm də protezin funksionallığının bərpası xüsusi əhəmiyyət daşıyır.

 

Professorun sözlərinə görə, revizion endoprotez əməliyyatları ilkin protezin müxtəlif səbəblərdən dəyişdirilməsi məqsədilə icra olunur. Bu əməliyyatlar protez ətrafında yaranan sınıqlar, implantın boşalması, aşınması və ya digər ağırlaşmalar zamanı tətbiq edilir.

 

Mütəxəssis bildirib ki, pasiyentlər və onların yaxınları bəzən köhnə protezin çıxarılaraq yenisi ilə əvəz olunmasının əzələ və vətərlərə mənfi təsir göstərə biləcəyindən narahat olurlar. Lakin müasir cərrahi metodlar və anatomik prinsiplərə əsaslanan yanaşma bu riskləri minimuma endirir.

 

"Əməliyyat anatomik qaydalara uyğun icra olunduğu zaman əzələ və vətərlərə əlavə zərər vurulmur. Məqsəd həm protezin funksiyasını bərpa etmək, həm də ətraf yumşaq toxumaların qorunmasını təmin etməkdir. Buna görə də pasiyentin sonrakı bərpa prosesi və hərəkət qabiliyyəti üçün əlverişli şərait yaradılır", deyə professor Cəfər Nəsirli vurğulayıb.

 

Mütəxəssislər qeyd edirlər ki, müasir ortopedik cərrahiyyənin imkanları sayəsində hətta yüksək yaş qrupuna aid pasiyentlərdə belə mürəkkəb revizion protez əməliyyatlarını uğurla icra etmək mümkündür. Vaxtında diaqnostika, düzgün cərrahi taktika və sonrakı reabilitasiya xəstələrin həyat keyfiyyətinin qorunmasında mühüm rol oynayır.

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır