Kardioloq: Uzun müddət oturmağın zərərini təkcə gəzməklə aradan qaldırmaq mümkün deyil
28.06.2026 14:44

Amerikalı alimlərin apardıqları yeni araşdırma göstərib ki, gün ərzində uzun müddət oturaq həyat tərzi sürən insanlarda, hətta müntəzəm gəzintilər belə ürək sağlamlığını tam qoruya bilmir.

Aztibb.az "Veçernyaya Moskva" qəzetinə istinadən yazır ki, 15 min könüllünün iştirak etdiyi və fitnes bilərzikləri vasitəsilə aparılan tədqiqat zamanı müəyyən edilib ki, iştirakçılar gündə orta hesabla 7,4 min addım atsalar da, günün təxminən 12 saatını oturaq vəziyyətdə keçirirlər. Bu isə ürəyin işemik xəstəliyi riskinin yüksək olaraq qalmasına səbəb olur.

Mütəxəssislərin fikrincə, oturaq həyat tərzi şəkərli diabet, arterial hipertoniya, piylənmə, qaraciyərin piylənməsi, depressiya və ürək-damar xəstəlikləri ilə sıx əlaqəlidir.

Araşdırmada qeyd olunur ki, gündə 8 min addım bəzi xəstəliklərin riskini azalda bilər. Lakin ürəyin işemik xəstəliyi riskində nəzərəçarpacaq azalma yalnız 12 min addım atıldıqda müşahidə edilir. Bununla yanaşı, həddindən artıq fiziki aktivlik də bəzi göstəricilərin yenidən pisləşməsinə səbəb ola bilər.

Kardioloq Yuri Serebryanski açıqlamasında bildirib ki, uzun müddət oturmaq qan dövranını zəiflədir və tromb əmələ gəlməsi riskini artırır.

Onun sözlərinə görə, fiziki aktivlik oturaq həyat tərzinin zərərini müəyyən qədər azalda bilər, lakin məşqlər mütləq orta intensivlikdə və nəzarət altında həyata keçirilməlidir.

Həkim fiziki məşqlərə başlamazdan əvvəl, xüsusilə ürək xəstəliyi olan şəxslərin EKQ, 24 saatlıq Holter monitorinqi və exokardioqrafiya kimi müayinələrdən keçməsini tövsiyə edib.

"Fiziki yüklənmə mütləq ölçülü və nəzarət altında olmalıdır. Bunun üçün gündəlik addım sayını və nəbzi izləyən müxtəlif cihazlardan istifadə etmək məqsədəuyğundur", – deyə kardioloq bildirib.

Mütəxəssis əlavə edib ki, iş masası arxasında belə ayaqlar üçün nəzərdə tutulmuş xüsusi hərəkət platformalarından istifadə etməklə ayaq əzələlərini işlətmək və qan dövranını yaxşılaşdırmaq mümkündür.

Bununla belə, həkim vurğulayıb ki, uzun müddət fasiləsiz oturmağın sağlamlığa mənfi təsirini tam şəkildə kompensasiya etmək mümkün deyil. Buna görə də əsas məqsəd gün ərzində hərəkətsiz qalma müddətini azaltmaq, mütəmadi olaraq ayağa qalxmaq və hərəkət etmək olmalıdır.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır