Əlilliyi olan şəxslər üçün yoqa festivalı təşkil olunub
28.06.2026 09:03

Bakı və Sumqayıt şəhərlərindəki reabilitasiya müəssisələrində bərpa müalicə kursu keçən əlilliyi olan şəxslər üçün yoqa festivalı təşkil olunub.

 

Aztibb.az-ın xəbərinə görə, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə əməkdaşlıqda Şirvanşahlar Sarayının ərazisində açıq havada təşkil edilən festivalda məqsəd sağlam həyat tərzinin təşviqi, əlilliyi olan şəxslərin psixoloji rifahının və ümumi sağlamlığının dəstəklənməsi, habelə onların sosial-psixoloji adaptasiyasının gücləndirilməsi olub.

 

Festival iştirakçılarına yoqa məşqləri və nəfəs texnikaları öyrədilib, onların fiziki aktivliyinin artırılmasına və emosional rahatlığının təmin olunmasına dəstək göstərilib.

 

Yoqa üzrə mütəxəssis Sevindik Mehdiyevin rəhbərliyi ilə keçirilən təlimlər iştirakçılar tərəfindən maraqla qarşılanıb.

 

Yoqa ilə müntəzəm məşğul olmaq emosional vəziyyətin yaxşılaşmasına, stressin azalmasına, ürək-damar və tənəffüs sisteminin fəaliyyətinin dəstəklənməsinə müsbət təsir göstərir. Bu baxımdan alternativ reabilitasiya metodlarının təşviqi məqsədilə Agentlik tərəfindən mütəmadi olaraq yoqa təlimləri təşkil olunur.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır