İsti havalarda smartfondan həddindən artıq istifadə hansı təhlükəni yaradır?
28.06.2026 12:54

 

Yüksək hava temperaturu, xüsusilə də 35 dərəcədən yuxarı olduqda, smartfonların işində problemlər ciddi sağlamlıq təhlükəsi yaradır.

 

Aztibb.az "İzvestiya" nəşrinə istinadən yazır ki, ekspertlərin sözlərinə görə, həddindən artıq istilik cihazın istiliyi xaric etməsini çətinləşdirir ki, bu da performansın zəifləməsinə, bəzi hallarda isə telefonun özünü qorumaq məqsədilə avtomatik sönməsinə səbəb ola bilər.

 

Mütəxəssis qeyd edib ki, yay aylarında smartfonlar əksər modellərin uzun müddət işləməsi üçün nəzərdə tutulmadığı şəraitdə istifadə olunur. Müasir smartfonlar üçün optimal istismar temperaturu adətən 0–35 dərəcə arasında dəyişir.

 

Telefon uzun müddət birbaşa günəş şüaları altında və ya avtomobil salonu kimi qızmış mühitdə qaldıqda, onun temperaturu təhlükəsiz həddi aşa bilər. İsti havada cihaz təkcə ətraf mühitin təsiri ilə deyil, həm də öz fəaliyyətinə görə qızır. Belə ki, prosessor, ekran, rabitə modulu və batareya işlədikcə istilik əmələ gətirir, yüksək temperatur isə bu istiliyin xaric olunmasını çətinləşdirir.

Həddindən artıq qızan smartfonlar batareyanın zədələnməsinə səbəb ola bilər ki, bu da bəzi hallarda tüstülənmə, alovlanma və hətta partlama ilə nəticələnə bilər. Belə vəziyyətlərdə telefonla danışarkən cihazın üz və göz nahiyəsinə yaxın olması ciddi yanıq xəsarətləri və göz zədələnmələri riski yaradır.

 

Mütəxəssislər isti havalarda qızmış telefonu birbaşa günəş altında istifadə etməməyi, şarj zamanı uzun müddət danışmamağı və cihaz həddindən artıq isinərsə, soyuyana qədər istifadəni dayandırmağı tövsiyə edirlər.

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır