Psixoloq: "Üçüncü insan" fenomeni beynin özünümüdafiə mexanizmlərindən biridir
27.06.2026 09:43

"Üçüncü insan" fenomeni adlandırılan hal adətən insanın həyatı üçün ciddi təhlükə yarandığı, ekstremal sağqalma şəraitində meydana çıxır. Belə vəziyyətlərdə ölüm təhlükəsi ilə üz-üzə qalan şəxs yanında görünməyən bir yol yoldaşının və ya köməkçinin olduğunu hiss edə bilər.

 

Aztibb.az "Primamedia" nəşrinə istinadən yazır ki, psixoloq Olqa Arabinanın sözlərinə görə, bu, mistik hadisə deyil, beynin həddindən artıq stress, fiziki tükənmə və ölüm təhlükəsinə verdiyi qoruyucu reaksiyadır.

Mütəxəssis bildirir ki, belə anlarda psixika insanı ruhlandıran, istiqamət verən və təslim olmasına imkan verməyən görünməz bir köməkçi obrazı yarada bilər. Bu hal disosiasiyanın bir forması kimi qiymətləndirilir. Belə ki, sağqalmağa cavabdeh olan şüur hissəsi sanki ayrılır və insan tərəfindən kənardan gələn bir səs və ya görünməz varlığın mövcudluğu kimi qəbul edilir.

Psixoloqun sözlərinə görə, bu daxili dayaq mexanizmi panikanın azalmasına, diqqətin qorunmasına və insanın irəliləməyə davam etməsinə kömək edir. Məhz bu səbəbdən "üçüncü insan" fenomeni bəzi hallarda ağır sınaqlarla üzləşən insanların sağ qalmasına psixoloji dəstək verən müdafiə mexanizmlərindən biri hesab olunur.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır