Azərbaycanın ali təhsil müəssisələrinin nümayəndə heyəti Cakartada "UI GreenMetric” sədri ilə qlobal davamlılıq tərəfdaşlığını müzakirə edib  
28.06.2026 16:45

 Beynəlxalq akademik əməkdaşlığın genişləndirilməsi və ekoloji standartların tətbiqi istiqamətində mühüm addım olaraq, Azərbaycanın aparıcı ali təhsil müəssisələrinin yüksək səviyyəli nümayəndə heyəti Cakartada "UI GreenMetric Dünya Universitetləri Reytinqi"nin sədri doktor Vişnu Cuvono ilə strateji görüş keçirib.

 

Görüşdə əsas diqqət "yaşıl reytinq" meyarlarına, universitet şəhərciklərində (kampuslarda) davamlı inkişaf prinsiplərinin tətbiqinə və gələcək tərəfdaşlıq imkanlarının araşdırılmasına yönəlib.

   

Azərbaycan Tibb Universitetindən Aztibb.az-a bildirilib ki, ATU-nun İnnovasiya və keyfiyyətin idarə olunması şöbəsinin müdiri Aygün Babayeva və I mamalıq-ginekologiya kafedrasının əməkdaşı Aynur Rzayeva təmsil ediblər. ATU nümayəndələri ekoloji meyarların tibb təhsili çərçivəsinə inteqrasiya edilməsinin vacibliyini vurğulayıblar.

 

Tədbirin əhəmiyyətini həmçinin Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rəhbərliyinin iştirakı daha da artırıb. Görüşdə UNEC-in rektoru professor Ədalət Muradov və beynəlxalq əlaqələr üzrə prorektor Hüseyn Hüseynov yaxından iştirak ediblər.

 

Müzakirələr zamanı Azərbaycan universitetlərində resurslardan səmərəli istifadə və karbon qazı tullantılarının azaldılması istiqamətində “UI GreenMetric” metodologiyasından necə yararlanmaq mümkün olduğu barədə fikir mübadiləsi aparılıb. Doktor Vişnu Cuvono nümayəndə heyətini salamlayaraq, qlobal ekoloji problemlərin həllində beynəlxalq akademik ittifaqların mühüm rolunu qeyd edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır