Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”   
25.06.2026 16:41
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin İnzibati İdarəetmənin təşkili şöbəsinin və Elmi-Təcrübi və Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi” mövzusuna həsr olunan təlim keçirilib.
 
Bu xəbər Aztibb.az-a Mərkəzi Gömrük Hospitalından verilib.
 
Təlimdə Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının rəhbər heyəti, struktur bölmə rəhbərləri, şöbə rəisləri və əməkdaşlar iştirak ediblər.
 
Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım təlim iştirakçılarını salamlayıb və təlimin məqsədinin əməkdaşların rəqəmsal sistemlərdən səmərəli istifadə bacarıqlarının inkişaf etdirilməsi, elektron idarəetmə prosesləri haqqında məlumatlılığının artırılması və kağızsız iş prinsiplərinin tətbiqi ilə bağlı biliklərinin təkmilləşdirilməsi olduğunu vurğulayıb. O, təlim vasitəsilə əməkdaşların müasir texnoloji həllərin iş proseslərinə inteqrasiyası, məlumatların daha çevik və təhlükəsiz idarə olunması istiqamətində məlumatlandırılmasının vacib əhəmiyyət kəsb etdiyini qeyd edib.
 
Daha sonra təlimdə çıxış edən Tibbi Xidmət İdarəsinin İnzibati idarəetmənin təşkili şöbəsinin inspektoru Lamiyə Abdinova mövzu ilə bağlı təqdimatla çıxış edərək iştirakçılara kağızsız məlumat mübadiləsinin tətbiqi, elektron sənəd dövriyyəsinin təşkili, məlumatların təhlükəsiz idarə olunması və rəqəmsal sistemlərdən səmərəli istifadə qaydaları barədə ətraflı məlumat verib. Təqdimat zamanı elektron sənədlərlə işləmə prinsipləri, xəstə məlumatlarının məxfiliyinin qorunması, istifadəçi hesablarının təhlükəsizliyi və əməkdaşların rəqəmsal sistemlərdən istifadə zamanı məsuliyyətləri diqqətə çatdırılıb. Həmçinin kağızsız məlumat mübadiləsinin iş proseslərinin sürətləndirilməsi, sənədlərin daha operativ idarə olunması, məlumatların dəqiqliyinin artırılması və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsindəki rolu vurğulanıb.
 
Təlim zamanı iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb və qarşılıqlı fikir mübadiləsi aparılaraq təlim yekunlaşdırılıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır