Mərkəzi Gömrük Hospitalında elmi seminar: "Karl Storz laparoskopik simulyasiya”  
28.06.2026 10:07
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin təşkilatçılığı ilə Mərkəzi Gömrük Hospitalının müvafiq şöbələrinin cərrahi ixtisasıları üzrə təhsil alan həkim-rezidentlərinin iştirakı ilə seminar keçirilib.
 
Mərkəzi Gömrük Hospitalında Aztibb.az-a bildirilib ki, "Karl Storz laparoskopik simulyasiya” mövzusuna həsr olunan seminarın məqsədi müasir endoskopik avadanlıqlarla iş prinsiplərini mənimsəmək və cərrahiyyədə xəstə təhlükəsizliyini maksimuma çatdıracaq praktiki vərdişləri inkişaf etdirməkdir.
 
Seminarda Karl Storz Təlim Mərkəzinin Azərbaycan Nümayəndəliyinin direktoru Taley Bəşirov mentor qismində çıxış edərək iştirakçılara laparoskopik cərrahiyyədə simulyatorların rolu, fundamental cərrahi vərdişlərin qazanılması, əl-göz koordinasiyasının inkişafı və cihazlardan səmərəli istifadə qaydaları barədə ətraflı məlumat verib. Daha sonra iştirakçılar virtual mühitdə kəsmə, tikiş tikmə və düyün vurma prinsipləri, cərrahi fəsadların qarşısının alınması barədə praktik bacarıqlar əldə ediblər.
 
Seminar çərçivəsində laparoskopik cərrahiyyədə komanda işinin qurulması, əməliyyat zamanı yarana biləcək fors-major halların idarə edilməsi və alətlərin texniki qorunma qaydaları müzakirə olunub. Seminar iştirakçıların suallarının cavablandırılması, gənc mütəxəssislərin davamlı peşəkar inkişafında simulyasiya dərslərinin əvəzsiz rolunun vurğulanması və xatirə şəklinin çəkilməsi ilə yekunlaşıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır