TƏBİB regionlarda həkim çatışmazlığının həlli üçün təhlillərə başlayıb  
25.06.2026 13:05

TƏBİB regionlarda həkim çatışmazlığının aradan qaldırılması və tibbi resursların səmərəli bölüşdürülməsi istiqamətində təhlillərə başlayıb.

 

Aztibb.az xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktorunun müavini Rahim Hüseynov qurumun media subyektlərinin nümayəndələri ilə qeyri-formal mühitdə keçirilən açıq dialoq görüşündə bildirib.

 

Onun sözlərinə görə, bu ilin sonunadək növbə probleminin əsas hissəsinin aradan qaldırılması nəzərdə tutulur:

"Hazırda ilkin səhiyyə xidmətinin təşkili modelinin formalaşdırılması üzərində işləyirik. Bu yanaşma müəyyənləşdikdən sonra həkimlərin yerləşdirilməsi və miqrasiyası ilə bağlı mərhələli addımlar atılacaq. Artıq bununla bağlı təhlillərə başlanılıb və konkret tədbirlər görülür. İlin sonunadək icbari tibbi sığorta sisteminin əhatəsində müəyyən dəyişikliklərin şahidi olacağıq".

 

R.Hüseynov bildirib ki, məqsəd yalnız həkim çatışmazlığı olan ərazilərə mütəxəssis göndərmək deyil, mövcud insan resurslarını ehtiyaca uyğun və səmərəli şəkildə bölüşdürməkdir.

"Hazırda Bakıda və regionlarda həkim təminatı, çatışmazlıq və artıqlıq müşahidə olunan sahələr təhlil edilir. Elə tibb müəssisələri var ki, həkim fəaliyyət göstərsə də, müraciət edənlərin sayı az olduğundan onların potensialından tam istifadə olunmur. Buna görə də məsələyə yalnız 'həkim çatışmır, ora həkim göndərək' prinsipi ilə yanaşmaq düzgün deyil".

 

İcraçı direktorun müavini əlavə edib ki, həkimlərin yerləşdirilməsi ilə bağlı qərarlar əhalinin tibbi xidmətə real tələbatı və xidmətlərin səmərəliliyi nəzərə alınmaqla veriləcək.

ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
Sabunçu Tibb Mərkəzində uzunillik fəaliyyət göstərən həkimlər təqaüdə yola salınıb
Culfa rayonunun Əbrəqunus kəndində tibbi müayinə aksiyası keçirilib
Əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyası və 'CHED' mobil tətbiqinin təqdimatına dair tədbir keçirilib
Kardioloq:
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
2 nömrəli Şəhər Xəstəxanasının əməkdaşları qaziləri evlərində ziyarət ediblər
Lerik RMX-da “Tibb işçisinin peşəkar davranış qaydaları” mövzusunda təlim keçirilib
 Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub   
 ATU əməkdaşından iki mühüm beynəlxalq nailiyyət: Q1 jurnalında elmi məqalə və ESE-də “Certified member” statusu   
Nizami Tibb Mərkəzində fəaliyyət göstərən könüllülərlə görüş keçirilib
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
I Naxçıvan Beynəlxalq Tibb Günlərində aktual mövzularda müzakirələr aparılıb
 ATU rezidenti Belqradda SLEuro-nun beynəlxalq seminarda iştirak edib