DT peyvəndi difteriya və tetanus əleyhinədir
28.06.2026 15:57
DT peyvəndi difteriya və tetanus əleyhinədir.
 
Aztibb.az-ın xəbərinə görə, difteriya - həyat üçün təhlükəli olan kəskin-infeksion xəstəlikdir. Xəstəlik burun tutulması, udqunma zamanı ağrı, gözün zədələnməsi və s. əlamətlərlə özünü büruzə verir. Əsas təhlükə bakteriyanın ifraz etdiyi toksinlərdir. Bu toksinlər ürək-damar və sinir sistemini zədələyir.
 
Xəstəlik hava damcı və məişət yolu (əşyalar) ilə yoluxur. Xəstəlik daha çox 3-7 yaş arası uşaqlarda müşahidə olunur, inkubasiya dövrü 2-10 gündür.
 
Difteriyanın ilkin əlamətləri yüksək qızdırma, udma aktının ağrılı olması, boğazda qızartılardır. Xəstəlik zamanı boyun nahiyəsindəki limfa düyünləri böyüyür.
 
Xəstəliyin ağır forması toksik difteriya adlanır. Bu zaman temperatur 39.05 dərəcədən yuxarı olur, xəstədə güclü baş ağrıları və yuxululuq müşahidə olunur. Xəstənin vəziyyəti tədricən pisləşir, səsi dəyişir.
 
Xəstəlikdən qorunmağın və ağırlaşmalarının qarşısının alınması üçün ən effektiv vasitə peyvənd olunmaqdır.
 
Tetanus - bakteriyanın ifraz etdiyi toksinlə (zəhərli maddə) törədilən, ağrılı əzələ spazmı ilə müşahidə olunan və ölümə səbəb ola bilən xəstəlikdir.
Tetanus xüsusilə uşaqlar üçün təhlükəlidir. Belə ki, tetanusdan sağalma müddəti bəzən aylarla çəkə bilər. Xəstəlik aşağıdakı ağırlaşmalara səbəb ola bilir:
- Qırtlaq spazmı,
- Sümüklərin sınması,
- Ağciyər trombozu,
- Pnevmoniya,
- Nəfəsalmada çətinlik,
- Ölüm.
 
Tetanusun əlamətləri bunlardır:
- Çənə spazmı və bütün bədən əzələlərinin ağrılı spazmı,
- Qəfil baş verən ağrılı əzələ yığılması,
- Udqunma problemi,
- Qıcolmalar,
- Başağrısı,
- Qızdırma, tərləmə,
- Qan təzyiqi və ürək ritminin pozulması.
 
Tetanus insandan insana keçmir. Bu bakteriyalar, əsasən, torpaqda, tozda, peyində olur və insanın zəhərlənmiş dərisi ilə (kəsiklər, yaralar, yanıqlar, donma, heyvan dişləməsi) təmasda olduqda ötürülür.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır