Türk həkim NASA-da dünya miqyaslı bir ilkə imza atacaq
25.06.2026 08:39

Gələcəkdə kosmosda dünyaya gələcək ilk körpənin hekayəsində bir türk həkimin də əməyi olacaq. Dosent Dr. Begüm Mathyk NASA ilə həyata keçirilən tədqiqatlarda mühüm rol oynayır.

Aztibb.az "Türkiye" qəzetinə istinadən yazır ki, hazırda Cənubi Florida Universitetinin Qadın Xəstəlikləri və Doğum şöbəsində çalışan, eyni zamanda NASA-nın OSDR Qadın Reproduktiv Sağlamlıq Analizi İşçi Qrupuna rəhbərlik edən Dos. Dr. Begüm Mathyk kosmik missiyalarda iştirak edəcək qadın astronavtların sağlamlığının qorunması istiqamətində fəaliyyət göstərir. O, həmçinin “Kosmosda körpə dünyaya gələ bilərmi?” sualına cavab axtaran araşdırmalar aparır.

Məlumatına görə, Dos. Dr. B.Mathyk bu il ilk dəfə təşkil olunacaq iri kosmos konfranslarında çıxış etmək üçün Türkiyəyə gəlməyə hazırlaşır.

Dos. Dr. Begüm Mathyk həmçinin Avropa Kosmik Agentliyi ilə birgə həyata keçirilən layihələrdə və ABŞ Milli Səhiyyə İnstitutları (NIH) tərəfindən dəstəklənən kosmik biologiya proqramlarında iştirak edir. O, bu fəaliyyətləri ilə yanaşı, tibb tarixinə düşəcək mühüm bir uğura da imza atıb.

Belə ki, dünyada ilk dəfə olaraq çəkisizlik şəraitini təqlid edən kosmik analoq mühitdə ginekoloji ultrasəs müayinəsi həyata keçirib.

Amerika Qadın Doğum və Ginekologiya Cəmiyyətinin rəsmi jurnalında dərc olunan bu tədqiqat gələcəkdə uzunmüddətli kosmik missiyalar zamanı diaqnostika və müalicə proseslərində inqilabi addım kimi qiymətləndirilir.

Türk alim, həmçinin kosmosa həyata keçirilən ilk mülki uçuş olan Inspiration4 missiyası çərçivəsində kosmik uçuşların qadın və kişi orqanizmlərində yaratdığı fərqli bioloji təsirləri araşdıraraq hormonal və immun sistem dəyişikliklərinin xəritəsini hazırlayıb.

Bu il ərzində həyata keçiriləcək və tamamilə qadınlardan ibarət astronavt heyətinin kosmik uçuşundan əvvəl və sonra onların sağlamlıq vəziyyətini də tədqiq edəcək.

Dos. Dr. Begüm Mathyk “Mövcud araşdırmalarınıza əsasən, kosmosda hamilə qalmaq və uşaq dünyaya gətirmək mümkündürmü? Gələcəkdə kosmosda doğulan körpələr görəcəyikmi?” sualını belə cavablandırır: “Hazırda bu suala qəti cavab vermək mümkün deyil. Kosmosda hamiləlik, dölün inkişafı və doğuş prosesi ilə bağlı məlumatlarımız çox məhduddur. Kosmosda çoxalan balıq növləri mövcuddur, lakin insan biologiyası bundan qat-qat mürəkkəbdir.

Bununla belə, gələcək illərdə aparılacaq araşdırmalar bu suallara daha dolğun cavab verməyə imkan yaradacaq. Uzunmüddətli perspektivdə kosmosda doğulan insanların mövcud olması nəzəri baxımdan mümkün görünür. Lakin bunun reallaşa bilməsi üçün hələ cavablandırılması vacib olan çoxsaylı elmi suallar mövcuddur.”

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır