Azərbaycanın səhiyyə təcrübəsi Astanada təqdim olunub
24.06.2026 15:24

Qazaxıstanın Astana şəhərində keçirilən “Qazaxıstan səhiyyəsi: yeni çağırışlar şəraitində inkişaf və ailə həkimi təcrübəsində sübuta əsaslanan tibb” mövzusunda beynəlxalq konfransda Səhiyyə Nazirliyinin Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin əməkdaşları ölkəmizi təmsil ediblər.

 

Bu barədə Aztibb.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

 

Konfransda Qazaxıstan, Azərbaycan, Rusiya, Belarus, Özbəkistan və Qırğızıstanın səhiyyə sistemlərinin nümayəndələri, həmçinin beynəlxalq təşkilatların ekspertləri iştirak ediblər. Tədbir çərçivəsində ilkin tibbi-sanitariya yardımının inkişafı, xəstəliklərin profilaktikası, immunoprofilaktika, səhiyyənin rəqəmsallaşdırılması, tibbi xidmətlərin keyfiyyəti və pasiyent təhlükəsizliyi kimi aktual mövzular ətrafında müzakirələr aparılıb.

Mərkəzin nümayəndələri çıxışlarında tibb işçilərinin peşəkar inkişafı, davamlı tibbi təhsil və uşaqların sağlamlığının qorunması istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlər barədə məlumat veriblər. Azərbaycan nümayəndə heyətinin çıxışları milli səhiyyə sistemimizin nailiyyətlərinin beynəlxalq auditoriyaya çatdırılmasına, təcrübə mübadiləsinin genişlənməsinə və gələcək əməkdaşlıq imkanlarının inkişafına töhfə verib.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır