TƏBİB müəssisələrində bakteriya koloniyalarının sürətli laborator diaqnostikası tətbiq olundu
24.06.2026 14:16

TƏBİB tərəfindən vətəndaşların keyfiyyətli tibbi xidmətlərə əlçatanlığının artırılması və laborator diaqnostika imkanlarının genişləndirilməsi istiqamətində mühüm addımlar atılmaqda davam edilir.

 

Bu barədə Aztibb.az-a TƏBİB-dən bildirilib.

 

Bu məqsədlə Yeni Klinika və Respublika Pediatriya Mərkəzində bakteriyaların sürətli və yüksək dəqiqliklə identifikasiyasını təmin edən müasir “MALDI-TOF MS” (Matrix-Assisted Laser Desorption/Ionization Time-of-Flight Mass Spectrometry) texnologiyası istifadəyə verilib.

 

Klinik mikrobiologiya sahəsində son illərin ən mühüm texnoloji yeniliklərindən biri hesab olunan “MALDI-TOF MS” sistemi mikroorqanizmlərin zülal profilini analiz edərək onların növ tərkibini qısa müddətdə müəyyən etməyə imkan yaradır. MALDI-TOF MS texnologiyası əldə edilmiş mikroorqanizm koloniyalarının identifikasiyasını 1–3 dəqiqə ərzində həyata keçirməyə imkan verir.

 

Sürətli və dəqiq diaqnostika xüsusilə ağır və kritik vəziyyətdə olan xəstələrdə infeksiyanın törədicisinin vaxtında müəyyənləşdirilməsinə, həkimlərin daha düzgün və məqsədyönlü antibiotik seçimi etməsinə şərait yaradır. Eyni zamanda, yüksək həssaslıq və spesifiklik göstəriciləri laborator nəticələrin etibarlılığını artıraraq səhv ehtimalını minimuma endirir.

 

“MALDI-TOF MS” texnologiyasının tətbiqi laboratoriyalarda iş proseslərinin optimallaşdırılmasına, iş yükünün azaldılmasına, xərclərin səmərəli idarə olunmasına və nəticələrin standartlaşdırılmasına da mühüm töhfə verir. Məhz bu üstünlüklərinə görə sözügedən texnologiya dünyanın aparıcı klinik laboratoriyalarında geniş tətbiq olunur və müasir mikrobioloji diaqnostikanın “qızıl” standartlarından biri hesab edilir.

 

Yeni Klinika və Respublika Pediatriya Mərkəzində “MALDI-TOF MS” texnologiyasının tətbiqi infeksion xəstəliklərin laborator diaqnostikasının sürətini və dəqiqliyini artırmaqla yanaşı, pasiyentlərə vaxtında və effektiv müalicənin göstərilməsinə, eləcə də səhiyyə xidmətlərinin keyfiyyətinin daha da yüksəldilməsinə xidmət edəcək.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günüdür   
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
ATU-nun Əczaçılıq toksikologiyası və kimya kafedrası əməkdaşlarının ixtirasına Avrasiya Patenti verilib
Mərkəzi Klinika vakansiya elan edir
Azərbaycan tibbində növbəti uğur: Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya bölməsi beynəlxalq akkreditasiya alıb
Ayağında geniş toxuma zədələnməsi yaranan pasiyentdə mürəkkəb rekonstruktiv əməliyyat uğurla icra olunub
Ölkəmizdə ilk dəfə tətbiq edilən texnologiyaya həsr olunuş elmi simpozium keçirildi - MR-Fusion Prostat Biopsiyası
 Sabunçu Tibb Mərkəzində Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib   
 Birinci Moskva Dövlət Tibb Universitetinin tələbələri narkomaniya ilə mübarizəyə dair maarifləndiriliblər   
 TƏBİB kollektivi Fəxri xiyabanı ziyarət edib   
Səhiyyə Nazirliyi Tibb İşçilərinin Peşə Bayramı Gününü qeyd edib
Samux rayonunun ən ucqar kəndlərindən biri olan Burunqovaqda səyyar tibbi aksiya 
Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
 Pirallahı Tibb Mərkəzində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib