Azərbaycan Tibb Universitetində Xarkov Milli Tibb Universitetinin nümayəndə heyəti ilə görüş olub
24.06.2026 12:56

Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli ATU-da rəsmi səfərdə olan Ukrayna Respublikasının Xarkov Milli Tibb Universitetinin (XMTU) nümayəndə heyətini qəbul edib. 
   

ATU-dan Aztibb.az-a bildirilib ki, görüşdə rektor Gəray Gəraybəyli tibb sahəsində Ukraynanın bir çox ali təhsil müəssisələri ilə qurulan sıx əlaqələr və universitetlər arasında bu münasibətləri tənzimləyən qarşılıqlı əməkdaşlıq memorandumlarını xatırladıb. Rektor bu istiqamətdə institusional tərəfdaşlıq sazişlərinin iki ölkənin səhiyyə nazirlikləri səviyyəsində də dəstəkləndiyini, səhiyyə və tibb elmi sahəsində münasibətlərin genişləndirilməsinə və yeni müstəvilərdə inkişaf etdurilməsinə qarşılıqlı marağın olduğunu bir daha nəzərə çatdırıb. 

XMTU ilə tələbə və mütəxəssis mübadiləsi, birgə elmi tədqiqatların yerinə yetirilməsi kimi müxtəlif istiqamətləri ehtiva edən memorandum əsasında işlərin uğurla davam etdirildiyini deyən rektor bu səfərin də iki ali təhsil müəssisəsi arasında elmi-tədqiqat və tibbi əməkdaşlığın inkişafına, həmçinin beynəlxalq əlaqələrin gücləndirilməsinə mühüm töhfə verəcəyini vurğulayıb. 
Xarkov Milli Tibb Universitetinin rektoru, professor Valeri Myasoyedovun səmimi salamlarını çatdıran XMTU-nun Tədris və elmi işlər üzrə prorektoru, professor Oksana Nakoneçna da ATU ilə əlaqələrin genişləndirilməsindən məmnunluqlarını ifadə edib. Səfərin də bu əməkdaşlıq çərçivəsində təşkil olunduğunu vurğulayan prorektor əlavə edib ki, məqsəd pediatrik onkohematologiya sahəsində əməkdaşlığın daha da genişləndirilməsi, akademik heyət və doktorantlar üçün mühazirələrin təşkili, diaqnostika və müalicə istiqamətində birgə elmi layihələrin hazırlanmasıdır. 

Görüşdə bir çox istiqamətlər, o cümlədən ali təhsil müəssisələrinin Tələbə Elmi cəmiyyətləri (TEC) arasında əməkdaşlıqların qurulması, maraq doğuran sahələr üzrə TEC-lərin birgə tədqiqatlar aparması, ümumilikdə elmi fəaliyyətin təşkili, tələbə startapları və s. kimi təkliflər üzrə geniş fikir mübadiləsi aparılıb. 

Qeyd edək ki, XMTU-nun Tədris və elmi işlər üzrə prorektoru, professor Oksana Nakoneçnanın rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə Klinikadan əvvəl və klinik tədqiqatlar üzrə Elmi-Praktik Mərkəzin direktoru, Pediatriya №2 kafedrasının müdiri, professor Nataliya Makieyeva, həmçinin Radiologiya kafedrasının doktorantı Roman Abdullayev daxildir. 
30 iyun 2026-cı il tarixinə qədər davam edəcək səfər çərçivəsində qonaqlar ATU-nun klinik bazaları ilə tanış olacaq, müvafiq ixtisas sahələri üzrə görüş və müzakirələr aparacaqlar. 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır