NDU biotexnologiya və molekulyar biologiya sahəsində yeni əməkdaşlığa imza atıb  
24.06.2026 10:29

Naxçıvan Dövlət Universiteti ilə Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb.

 

Bu haqda Aztibb.az-a institutdan məlumat verilib. 

 

Memorandum elmi-tədqiqat fəaliyyətinin inkişafı, yüksəkixtisaslı kadr hazırlığı, innovativ layihələrin həyata keçirilməsi, birgə laboratoriyaların yaradılması, birgə elmi nəşrlərin hazırlanması, konfrans, seminar və təlimlərin təşkili istiqamətlərini əhatə edir. Əməkdaşlıq çərçivəsində tərəflər müasir texnologiyaların tətbiqi, elmi araşdırmaların genişləndirilməsi, tələbə və gənc tədqiqatçıların elmi fəaliyyətə cəlb olunması, eləcə də nəzəri və praktiki kursların təşkili sahəsində birgə fəaliyyət göstərəcəklər.

 

Sənədlər Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev və AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru İradə Hüseynova tərəfindən imzalanıb. 

 

Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev universitetin elm və təhsil sahəsində əməkdaşlıqlarının genişləndirilməsinin prioritet istiqamətlərdən biri olduğunu bildirib. Rektor qeyd edib ki, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu ölkənin aparıcı elmi tədqiqat müəssisələrindən biri kimi zəngin elmi potensiala malikdir. Vurğulayıb ki, NDU-da biologiya, biokimya, kimya mühəndisliyi və digər təbiət elmləri istiqamətləri üzrə formalaşmış möhkəm elm və tədris bazası ilə institutun elmi imkanlarının birləşdirilməsi hər iki tərəf üçün yeni əməkdaşlıq perspektivləri yaradacaq.

 

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru akademik İradə Hüseynova çıxışında rəhbərlik etdiyi elmi müəssisənin fəaliyyət istiqamətləri barədə məlumat verib. O bildirib ki, institutda ərzaq təhlükəsizliyi, molekulyar biologiya, biotexnologiya və bitki genetikası sahələrində mühüm tədqiqatlar aparılır, beynəlxalq əməkdaşlıqlar uğurla davam etdirilir və beş beynəlxalq laboratoriya fəaliyyət göstərir.

 

Direktor fotosintez prosesinin öyrənilməsi, günəş enerjisindən səmərəli istifadə, qlobal iqlim dəyişikliklərinin təsirlərinin araşdırılması və məhsuldar buğda sortlarının yaradılması istiqamətlərində həyata keçirilən tədqiqatlardan bəhs edib. İradə Hüseynova Naxçıvanın zəngin dərman bitkiləri ehtiyatlarının birgə elmi araşdırmalar üçün geniş imkanlar yaratdığını vurğulayıb.

 

Çıxışlarda təbiət elmləri sahəsində tədqiqatların genişləndirilməsi, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və regionun elmi potensialından daha səmərəli istifadənin vacibliyi qeyd olunub. Bildirilib ki, əməkdaşlıq gələcəkdə yeni elmi layihələrin və innovativ təşəbbüslərin həyata keçirilməsinə mühüm töhfə verəcək.

 

Sonda qarşılıqlı hədiyyələr təqdim edilib, xatirə şəkli çəkdirilib.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır