Təranə Bayramova İngiltərənin "Birmingham Women’s and Children’s NHS Foundation Trust" xəstəxanasında təkmilləşmə kursunda iştirak edir
23.06.2026 15:38
Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsinin rəisi, mama-ginekoloq, tibb üzrə fəlsəfə doktoru Təranə Bayramova Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı ilə Britaniya-Azərbaycan Həkim və Stomatoloqlar Assosiasiyası arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində mama-ginekologiya sahəsində nəzəri biliklərin və praktik bacarıqların artırılması məqsədilə İngiltərənin Birmingem şəhərində yerləşən "Birmingham Women’s and Children’s NHS Foundation Trust" xəstəxanasında təkmilləşmə kursunda iştirak edir.
Bu barədə Aztibb.az-a Mərkəzi Gömrük Hospitalından məlumat verilib.
Təkmilləşmə proqramının həyata keçirilməsində və təşkilati məsələlərin həllində Britaniya-Azərbaycan Həkim və Stomatoloqlar Assosiasiyasının rəhbəri, Birmingham Women’s and Children’s NHS Foundation Trust xəstəxanasının mama-ginekoloqu Dr. Fidan İsrafilbəylinin fəal təşkilati dəstəyi mühüm rol oynayıb.
Ezamiyyətin ilk günlərindən etibarən Dr. Təranə Bayramova xəstəxananın doğuş, erkən hamiləlik, ginekologiya, uroginekologiya, ginekoloji onkologiya, süni mayalanma və təcili yardım şöbələri, eləcə də müəssisənin nəzdində fəaliyyət göstərən elmi-tədqiqat mərkəzinin işi ilə yaxından tanış olub. O, eyni zamanda müasir cərrahi yanaşmalar, yeni texnologiyaların tətbiqi və beynəlxalq klinik protokolların icrası ilə bağlı məlumatlandırılıb.
Kurs müddətində müxtəlif cərrahi müdaxilələri müşahidə edən Təranə Bayramova müasir diaqnostika və müalicə metodlarını, multidissiplinar əməkdaşlıq prinsiplərini, pasiyent təhlükəsizliyinin təmin olunması və tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi istiqamətində tətbiq edilən qabaqcıl təcrübələri ətraflı şəkildə araşdırıb.
Qeyd edək ki, bu beynəlxalq təcrübə proqramı mama-ginekologiya sahəsində mövcud olan müasir dünya standartlarının, innovativ yanaşmaların və qabaqcıl tibbi təcrübələrin ölkəmizdə tətbiqinə, pasiyentlərə göstərilən tibbi xidmətin daha da təkmilləşdirilməsinə, eləcə də Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı ilə Britaniya-Azərbaycan Həkim və Stomatoloqlar Assosiasiyası arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinə mühüm töhfə verəcəkdir.
Bu bölməyə aid digər xəbərlər
Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib
21.10.2026 | 14:40
Patronaj xidməti ailələrə daha yaxın: 300-dən çox şəxs tibbi müayinələrə cəlb olunub
21.10.2026 | 14:34
Azərbaycanda uşaqlarda FMF üzrə ilk milli tədqiqat
20.10.2026 | 14:22
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
YAP-nın VIII Qurultayından irəli gələn vəzifələr və səhiyyə sahəsinin qarşısında duran hədəflər müzakirə olunub
20.10.2026 | 10:57
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
20.10.2026 | 09:05
20 oktyabr – Ümumdünya Osteoporozla Mübarizə Günüdür
20.10.2026 | 08:17
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub
19.10.2026 | 15:02
Baş Klinik Hospitalda mürəkkəb açıq ürək əməliyyatı uğurla icra olunub
19.10.2026 | 12:26
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

