Professor: Qarşıdakı 20 ilin ən böyük sağlamlıq mübarizəsi Alzheimer və demensiya sahəsində olacaq
23.06.2026 14:36

Türkiyəli professor Dr. Osman Müftüoğlu bildirib ki, qarşıdakı 20 ildə ən böyük sağlamlıq mübarizəsi Alzheimer və demensiya sahəsində yaşanacaq.

 

Aztibb.az "Sabah" qəzetinə istinadən yazır ki, onun sözlərinə görə, hazırda Alzheimer xəstəliyini tam dayandıran və ya kökündən həll edən möcüzəvi bir dərman mövcud deyil: “Lakin əlimizdə daha güclü, daha geniş tətbiq olunan, daha ucuz və erkən mərhələdə istifadə oluna bilən vasitələr var. Gəzmək, yaxşı yatmaq, təzyiqi nəzarətdə saxlamaq.”

 

Professor qeyd edib ki, yaşlanan dünya üçün əsas sağlamlıq problemləri təkcə infarkt, xərçəng və diabetlə məhdudlaşmır, artıq beyin qocalması, yəni Alzheimer ön plana çıxır.

 

O əlavə edib ki, bu proses qaçılmaz deyil: “Bu taleyi dəyişmək mümkündür. Bu gün artıq bilirik ki, yüksək təzyiqin nəzarət altına alınması, diabetin qarşısının alınması, siqaretin tərgidilməsi, eşitmə problemlərinin müalicəsi, sosial izoliyasiyanın azaldılması, piylənmənin qarşısının alınması, depressiyanın erkən aşkarlanması, hava çirkliliyinə qarşı mübarizə, fiziki aktivliyin artırılması və təhsil səviyyəsinin yüksəldilməsi demensiya riskini azaldır.”

 

Professorun sözlərinə görə, beyin qocalması təkcə genetik faktorlarla müəyyənləşmir, burada həyat tərzi, metabolik və damar sağlamlığı, yuxu keyfiyyəti, sosial əlaqələr və zehni fəaliyyət də mühüm rol oynayır.

 

O vurğulayıb ki, hazırda Alzheimer xəstəliyini tam dayandıran dərman olmasa da, ən təsirli və əlçatan “silahlar” gündəlik həyat vərdişləridir: “Gəzmək, yaxşı yatmaq və təzyiqi nəzarətdə saxlamaq.”

 

Sonda ekspert bildirib ki, qarşıdakı 20 ilin ən böyük sağlamlıq mübarizəsi Alzheimer və demensiya ilə bağlı olacaq və bu mübarizə yalnız həkimlərin deyil, ailə həkimlərindən tutmuş məktəblərə, iş yerlərinə, media qurumlarına və səhiyyə siyasətçilərinə qədər bütün cəmiyyətin birgə iştirakı ilə aparılmalıdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır