ATU V Beynəlxalq Dermatovenerologiya Konqresində təmsil olunub
23.06.2026 08:50
Azərbaycan Tibb Universitetinin (ATU) Dermatovenerologiya kafedrasının əməkdaşları və rezidentləri Bakıda keçirilən V Beynəlxalq Dermatovenerologiya Konqresində iştirak ediblər.
 
Bu barədə Aztibb.az-a ATU-dan məlumat verilib.
 
Bildirilib ki, Azərbaycan Dermatoveneroloqlar Assosiasiyasının (ADVA) təşkilatçılığı ilə baş tutan konqresə Türkiyə, İtaliya, Polşa, Latviya, Gürcüstan, Qazaxıstan və Özbəkistandan tanınmış alim və mütəxəssislər qatılıblar.
 
Dermatovenerologiyanın aktual problemlərinə həsr olunmuş tədbirin elmi-təşkilati komitəsinin üzvü, ATU-nun Dermatovenerologiya kafedrasının müdiri, professor Fərid Mahmudov, həmçinin kafedranın əməkdaş və rezidentləri tədbirdə müasir dermatologiyanın aktual mövzularına həsr olunmuş elmi təqdimatlarla çıxış ediblər.
 
Konqres elmi təcrübə mübadiləsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və bu sahədəki yeniliklərin müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır