TƏBİB-dəki vəzifəsindən sonra Anar İsrafilovun yeni vəzifəyə təyinatı olacaq
22.06.2026 11:56

TƏBİB-in icraçı direktorunun müavini vəzifəsindən çıxarılan Anar İsrafilovun yeni iş yeri müəyyənləşib.

Aztibb.az “Bakupost”a istinadla bildirir ki, yaxın günlərdə Anar İsrafilovun Akademik Mirməmməd Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasına direktor təyin olunacağı gözlənilir.

Maraqlıdır ki, ixtisasca nefroloq olan Anar İsrafilovun peşəkar fəaliyyəti əsasən səhiyyə idarəçiliyi ilə bağlı olub. Onun əmək fəaliyyətinin böyük hissəsi Səhiyyə Nazirliyində keçib. 2006–2022-ci illərdə nazirlikdə müxtəlif vəzifələrdə, o cümlədən səhiyyə nazirinin köməkçisi və Səhiyyənin Təşkili şöbəsinin müdiri vəzifələrində çalışıb. 2022-ci ilin sonundan isə TƏBİB-in icraçı direktorunun müavini olub. pizza mizza

Bu ilin fevralında TƏBİB-in rəhbəri Vüqar Qurbanov vəzifədən ayrıldıqdan sonra quruma rəhbərlik müvəqqəti olaraq Anar İsrafilova həvalə edilmişdi. Həmin dövrdə onun TƏBİB-in növbəti rəhbəri olacağı ilə bağlı da müxtəlif ehtimallar səsləndirilirdi.

Qeyd edək ki, Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasına son təyinat ötən ilin oktyabrında həyata keçirilmişdi. Həmin vaxt xəstəxanaya tanınmış uroloq Pərviz Hacıyev direktor təyin olunmuşdu. 

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır