Tərtər Rayon Mərkəzi Xəstəxanası tərəfindən hərəkət məhdudiyyətli uşaqların icbari dispanserizasiyası həyata keçirilir  
26.06.2026 16:32
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə irəli sürülmüş aksiya çərçivəsində ölkə üçün prioritet sahələrdən biri olan ana, qadın və uşaq sağlamlığının yaxşılaşdırılması məqsədilə Tərtər Rayon Mərkəzi Xəstəxanası tərəfindən hərəkət məhdudiyyəti olan qız uşaqlarının evdə tibbi müayinələrinin aparılmasına başlanılıb.
 
 
Bu xəbər Aztibb.az-a Tərtər RMX-dan verilib.
 
Bildirilib ki, proqram çərçivəsində uşaqların sağlamlıq vəziyyəti qiymətləndirilir, xroniki xəstəliklər erkən aşkarlanır, müalicə-profilaktik tövsiyələr verilir və tibbi-sosial reabilitasiyaları planlaşdırılır. Bundan əlavə, yeniyetmə qızların reproduktiv sağlamlığı da daxil olmaqla, yaşa uyğun digər sağlamlıq aspektləri üzrə qiymətləndirmələr həyata keçirilir.
 
Dispanserizasiya müayinələri sahə həkiminin iştirakı olmaqla, pediatr, oftalmoloq, otorinolarinqoloq, nevroloq, ginekoloq, USM və digər dar ixtisaslı həkimlər tərəfindən aparılır.
ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Lənkəranda İİV-lə bağlı maarifləndirmə işi aparılıb
Anestezioloq-reanimatoloq Emil Muradov -
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Sabunçu Tibb Mərkəzində təlim:
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
ATU alimlərinin beynəlxalq tədqiqatları dayanıqlı inkişafın qlobal məqsədlərinə töhfə verir
Vərəmlə mübarizədə ilkin səhiyyənin rolu - Şəmkirdə tibb işçiləri üçün maarifləndirici təlim