Şirvanda 18 yaşlı pasiyent üzərində exinokokk sistinin xaric edilməsi əməliyyatı uğurla icra olunub  
26.06.2026 14:27
Salyan rayon sakini, 18 yaşlı pasiyentə qaraciyərin exinokokk sisti diaqnozu qoyulub.
 
Şirvan Şəhər Mərkəzi Xəstəxanasından Aztibb.az-a verilən xəbərə görə, 2008-ci il təvəllüdlü pasiyent üzərində diaqnoza uyğun olaraq Şirvan RMX-da həkim-cərrah Elçin Kərimovun rəhbərliyi ilə mürəkkəb cərrahi əməliyyat icra olunub.
 
Sözügedən əməliyyat həkim-cərrah Elçin Kərimov, asistentlər Aqil Əsgərov və Maarif Süleymanov, həmçinin anestezioloq Jalə Müslümovanın iştirakı ilə uğurla həyata keçirilib. Əməliyyat zamanı qaraciyərdə yerləşən exinokokk sisti tam şəkildə xaric edilib.
 
Əməliyyatdan sonra pasiyentin vəziyyəti qənaətbəxş və stabil qiymətləndirilir. Hazırda onun müalicəsi həkim nəzarəti altında stasionar şəraitdə davam etdirilir.
 
Qeyd edək ki, bu uğurlu əməliyyat Şirvan Şəhər Mərkəzi Xəstəxanasında göstərilən yüksək ixtisaslı tibbi xidmətin, peşəkar həkim heyətinin və müasir cərrahi imkanların daha bir nümunəsidir. Xəstəxanada müxtəlif mürəkkəblik dərəcəsinə malik cərrahi müdaxilələr uğurla icra olunaraq pasiyentlərin sağlamlığına qovuşmasına töhfə verilir.
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır