Tanınmış uşaq cərrahı Vüsal Cəfərov Fransada beynəlxalq konqresdə iştirak edib
22.06.2026 16:12
Mərkəzi Gömrük Hospitalının Uşaq Cərrahiyyəsi şöbəsinin rəisi, uşaq cərrahı Vüsal Cəfərov Fransanın paytaxtı Paris şəhərində keçirilən 36-cı Avropa Uşaq Urologiyası Cəmiyyətinin (ESPU) Konqresində (36th ESPU Congress 2026) iştirak edib.
 
Bu barədə Aztibb.az-a Mərkəzi Gömrük Hospitalından məlumat verilib.
 
Beynəlxalq elmi tədbir çərçivəsində uşaq urologiyası və uşaq cərrahiyyəsi sahəsində ən son yeniliklər, müasir diaqnostika və müalicə üsulları, eləcə də innovativ cərrahi yanaşmalar müzakirə olunub. Konqres iştirakçılara qabaqcıl təcrübə mübadiləsi aparmaq, elmi yeniliklərlə tanış olmaq və beynəlxalq peşəkar əlaqələri genişləndirmək imkanı yaradıb.
 
Qeyd edək ki, Avropa Uşaq Urologiyası Cəmiyyətinin illik konqresi bu sahədə dünyanın nüfuzlu elmi platformalarından biri hesab olunur və hər il yüzlərlə mütəxəssisi bir araya gətirir. Mərkəzi Gömrük Hospitalının həkimlərinin belə mötəbər beynəlxalq tədbirlərdə iştirakı tibb müəssisəsində göstərilən xidmətlərin müasir tibbin nailiyyətlərinə uyğun inkişafına və beynəlxalq təcrübənin tətbiqinə mühüm töhfə verir.
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır