İnstitutun həkimləri kritik vəziyyətdə olan körpəni uğurla müalicə ediblər
20.06.2026 11:36

Səhiyyə Nazirliyinin K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun (ETPİ) həkimləri vaxtından əvvəl və olduqca ağır vəziyyətdə dünyaya gələn körpənin həyatını xilas ediblər.

Aztibb.az xəbər verir ki, özəl tibb müəssisələrindən birində doğulduqdan dərhal sonra süni tənəffüs aparatına qoşulan körpə, həyatının ilk sutkasında vəziyyətinin kritik olması nəzərə alınaraq ETPİ-nin Yenidoğulanların Reanimasiya və İntensiv Terapiya şöbəsinə təxliyə olunub. Burada həkim-neonatoloq Aynur İsmayılovanın ciddi nəzarəti və intensiv müalicəsi altında 9 gün qalan körpənin vəziyyəti stabilləşdirilib. Daha sonra müalicə prosesi Vaxtından Əvvəl Doğulanların Patologiyası şöbəsində həkim Səbinə İsa-zadə tərəfindən uğurla davam etdirilib.

Aparılan kompleks tibbi müayinələr nəticəsində cəmi 1350 qram çəki ilə doğulmuş körpəyə tənəffüs çatışmazlığı, anadangəlmə pnevmoniya, neonatal sarılıq və anemiya diaqnozları qoyulub. İnstitutun peşəkar tibb heyətinin tətbiq etdiyi düzgün müalicə protokolları və göstərilən xüsusi qayğı sayəsində körpənin sağlamlığında sürətli müsbət dinamika qeydə alınıb. Gündən-günə güclənən və çəkisini 1990 qrama çatdıran balaca qəhrəman, ümumi vəziyyəti tam qənaətbəxş qiymətləndirilərək ailəsinə qovuşdurulub və evə buraxılıb.

Şəhid Fərid İzzətlinin anası Kəmalə Cabbarova, eləcə də körpənin valideynləri övladlarının sağalması üçün gecə-gündüz çalışan, yüksək səviyyəli tibbi yardım və ana nəvazişi göstərən ETPİ rəhbərliyinə, müalicə həkimlərinə və bütün tibb heyətinə dərin minnətdarlıqlarını ifadə ediblər. 

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır