İnsultdan sonra sağalma sürəti yaşdan asılıdır
19.06.2026 12:30

Seçenov Universitetinin tədqiqatçılarından ibarət komanda müəyyən edib ki, işemik insultdan sonra bərpa prosesində beynin yaşa bağlı immun reaksiyası əsas rol oynayır və bu reaksiya yaş artdıqca zəifləyir.

 

Aztibb.az "Planet today" nəşrində dərc olunan araşdırmanın nəticələrinə diqqət çəkib.

İşemik insult damarların tıxanması nəticəsində beynin oksigensiz qalması və toxumaların zədələnməsi ilə xarakterizə olunur. Lakin ilkin zədədən sonra yaranan ikinci mərhələ neyroiltihab prosesi xəstəliyin gedişində daha ağır nəticələrə səbəb ola bilir. Bu proses orqanizmin işemiyaya qarşı immun cavabı kimi inkişaf edir və sinir toxumasının əlavə zədələnməsinə gətirib çıxarır.

Alimlər insultdan sonra ilk günlərdə zədələnmiş sahənin ətrafında yaranan iltihabi reaksiyanın necə dəyişdiyini öyrənmək üçün insultdan və ya digər səbəblərdən vəfat etmiş 184 xəstənin beyin toxuması nümunələrini analiz ediblər.

Nəticələr göstərib ki, yaşlı xəstələrdə damar sistemi ilə immun sistem arasında koordinasiya pozulur və bərpa mexanizmləri daha zəif işləyir. Bu da reabilitasiya prosesinin effektivliyini azaldır və sağalma sürətinə birbaşa təsir göstərir.

Tədqiqatçılar qeyd edirlər ki, yaş artdıqca beynin immun cavabının zəifləməsi insultdan sonra funksional bərpanın daha çətin və ləng getməsinin əsas səbəblərindən biridir.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır