Ağciyər Xəstəlikləri Mərkəzinin Bakı Şəhər İxtisaslaşdırılmış Xəstəxanası istifadəyə verilib
19.06.2026 09:53

 

Ağciyər Xəstəlikləri Mərkəzinin Bakı Şəhər İxtisaslaşdırılmış Xəstəxanasının açılışı olub.

 

Bu barədə Aztibb.az-a Tibbi Ərazi Bölmələrini İdrəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

 

Bildirilib ki, açılış mərasimində TƏBİB-in icraçı direktorunun müavini Rahim Hüseynov, müşavir Töhfə Cəmilova, Milli Məclisin Səhiyyə komitəsinin üzvü, millət vəkili Soltan Məmmədov, Pərvanə Vəliyeva, TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva və Ağciyər Xəstəlikləri Mərkəzinin direktoru Nəhmət Rəhmanov iştirak ediblər.

 

Nəhmət Rəhmanov bildirib ki, ümumilikdə 38,270 kvadratmetr ərazidə yenidən qurulan tibb müəssisəsi 46 çarpayıdan ibarətdir. Xəstəxanada Diaqnostika, Anesteziologiya, reanimasiya və intensiv terapiya, Cərrahiyyə, Ağciyərdənkənar vərəm şöbəsi, o cümlədən Qeydiyyat, Aptek və Texniki dəstək bölmələri fəaliyyət göstərir.

 

Tibb müəssisəsi inzibati və mühəndis-texniki infeksion nəzarət tədbirləri, daxili separasiyalar və ventilyasiya sistemləri vasitəsilə tam təmin edilib, həmçinin xəstəxanada mərkəzləşdirilmiş oksigen təhcizatı sistemi qurulub.

 

Ağciyərdənkənar vərəm şöbəsi ambulator və 20 çarpayılıq stasionar şəraitdə sinir sistemi, plevra, sümük-oynaq, dəri, bağırsaq, limfa düyünləri və digər orqanların vərəmi üzrə geniş spektrli tibbi xidmətlər göstərilmək üçün maddi texniki bazaya və kadr potensialına malik olan ölkə üzrə yeganə şöbədir.

 

Cərrahiyyə şöbəsində ftizio, torakal və ümumi olmaqla ixtisaslaşdırılmış cərrahiyyə xidmətləri üçün yaradılıb. Şöbə ümumilikdə 20 çarpayılıq palatalardan və cərrahi blokdan ibarətdir. Burada olan Cərrahiyyə bloku, soyunma-geyinmə otaqları, keçid zonalar, ayıltma və əməliyyatönü otaqlar tam müasir tibbi avadanlıqlarla təmin olunub.

 

Həmçinin diqqətə çatdırılıb ki, Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində 1 zal və 2 boks tipli olmaqla, hərəkətli çarpayı və ortopedik döşəklərlə təmin edilmiş 6 çarpayılıq reanimasiya otaqları, tibb personalı üçün otaqlar, müşahidə sahələri yaradılıb. Bu şöbə də müasir tibbi avadanlıqlarla tam təchiz olunub.

 

Xəstəxanada yaradılmış Diaqnostika şöbəsində radioloji, laborator və funksional müayinələr aparılır.

Texniki dəstək bölməsində isə qazanxana, camaşırxana, təsərrüfat otaqları və anbar üçün ayrıca köməkçi sahələr ayrılıb.

 

Bakı Şəhər İxtisaslaşdırılmış Xəstəxanası sağlam şəxslərdə vərəmə yoluxma riskinin qarşısının alınması, ağciyər və ağciyərdənkənar vərəmli xəstələrdə cərrahi müalicəyə zərurət yarandığı hallarda çoxprofilli yardımın göstərilməsi, vərəmin müalicəsi üçün çətinliklərin aradan qaldırılması ilə əhaliyə ixtisaslaşdırılmış tibbi xidmətin göstərilməsi üçün mühüm əhəmiyyət kəsb edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır