Səmimiyyəti və peşəkarlığı ilə seçilən həkim -  Tibb üzrə fəlsəfə doktoru Sədi Allahverdiyev
18.06.2026 16:56

Mərkəzi Gömrük Hospitalının “Həkimlərimizi tanıyın!” rubrikası çərçivəsində pasiyentlərin etimadını qazanmış, səmimiyyəti və peşəkarlığı ilə seçilən mama-ginekoloq, tibb üzrə fəlsəfə doktoru Sədi Allahverdiyevi sizə təqdim edirik.

 

Aztibb.az xəbər verir ki, Sədi Allahverdiyev Mərkəzi Gömrük Hospitalında hamiləliyin təyini və təqibi, hamiləlikdə şəkərli diabetin və qan uyğunsuzluğunun araşdırılması və profilaktikası, doğum (keysəriyyə və normal doğum ümumi və spino-epidural anesteziya ilə), zahılıq psixozu, doğum sonrası Pap smear müayinəsi, hamiləlikdən qorunma yolları, cinsi yolla yoluxan xəstəliklər, ginekoloji xəstəliklər, törəmələr və onların cərrahi müalicəsi - açıq və endoskopik cərrahiyyə, miomaların cərrahi və konservativ müalicəsi, yumurtalıq şişlərinin endoskopik cərrahiyyəsi, bədxassəli ginekoloji törəmələrin cərrahi müalicəsi, polikistoz yumurtalıq sindromlarında müalicə, uşaqlıq və sidik kisəsi sallanmalarının müalicəsi, sidik tutabilmədə problemlərin konservativ və cərrahi müalicəsi, uşaqlıq boynu xərçəngi və neoplazmaların profilaktikasında xüsusi tədbirlərin icrası, uroginekologiya və kosmetik ginekoloji cərrahiyyə, sonsuzluğun konservativ və cərrahi müalicəsi, kist, endometriozis, histerektomiya kimi ginekoloji əməliyyatları və ginekoloji xəstəliklərin müalicəsini həyata keçirir. Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz.

 

Qeyd edək ki, tibb təhsilinə 1997-ci ildə N.İ.Piroqov adına Rusiya Milli Tədqiqat Tibb Universitetində başlayan Sədi Allahverdiyev 2005-ci ildə həmin ali tibb ocağının Mama-ginekologiya kafedrasında kliniki ordinaturanı, 2008-ci ildə isə aspiranturanı bitirib. O, 2009-cu ildən etibarən Mərkəzi Gömrük Hospitalında mama-ginekoloq kimi fəaliyyət göstərir.

 

Sədi Allahverdiyev 2003-2009-cu illərdə Rusiyanın Moskva şəhərində N.İ.Piroqov adına 1 nömrəli klinik xəstəxanasının Mamalıq, Ginekoloji və Onkoginekoloji şöbələrində, 2011-ci ildə isə Almaniyanın Frauenklinik Klinikum Aschaffenburg xəstəxanasında Mama-ginekoloji şöbəsində mama-ginekoloq kimi fəaliyyət göstərir. O, 2022-ci ildə Böyük Britaniyanın Birmingem şəhərində Birminqem Qadın və Uşaq Hospitalının Qadın və Uşaq Mərkəzinin Mama-ginekologiya şöbəsində təcrübə mübadiləsində iştirak edib.

 

Daim öz üzərində işləyən, qabaqcıl təcrübəni öyrənərək işində tətbiq edən Sədi Allahverdiyev 2009-cu ildən bu günə qədər Azərbaycanda və xarici ölkələrdə təşkil olunmuş müxtəlif yerli ve beynəlxalq elmi-praktik konfranslarda, konqreslərdə davamlı olaraq məruzələrlə iştirak edir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır