“ATUREK 14”-ün qalibləri mükafatlandırılıb    
18.06.2026 11:05

Azərbaycan Tibb Universitetində (ATU) “ATUREK 14 - “Yüksəlişə Doğru” adlı rezident və magistrlərin elmi-praktik konfransı” qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

 

ATU-dan Aztibb.az-a verilən məlumata görə, tədbirdə rektor, professor Gəray Gəraybəyli Tibb İşçilərinin Peşə Bayramı Gününə təsadüf edən mükafatlandırılma mərasiminin ikiqat sevinc hissi yaşatdığını qeyd edərək, tədbir iştirakçılarının timsalında ümumilikdə tibb sahəsində çalışan bütün şəxsləri səmimi təbrik edib.

 

ATU-da hər il ənənəvi olaraq qeyd edilən və bu il də ümummilli lider Heydər Əliyevin 103 illiyinə həsr olunmuş elmi-praktik konfransın mahiyyətindən də söz açan rektor bu qəbildən olan tədbirlərin gənc tədqiqatçıların elmi potensialının inkişafına yönəldiyini, onların bilik və təcrübə mübadiləsinin genişləndirilməsi, rezident və magistrlərin iştirakı ilə elmi araşdırma və kliniki təcrübələrin müzakirəsi üçün əhəmiyyətli platforma rolunu oynadığını diqqətə çatdırıb.

 

“ATUREK”-in akademik bacarıqlar, innovativ düşüncə və tədqiqat mədəniyyətinin formalaşdırılmasına yüksək təkan verdyini bildirən Gəray Gəraybəyli universitet divarları arasında qazanılan fundamental bilik, dərin tədqiqat və praktiki vərdişlərin onların peşəkar fəaliyyətlərində möhkəm təməlin əsasını qoyduğunu vurğulayıb.

 

Mərasimdə “ATUREK 14”-də 240-dan artıq rezident və magistrin elmi məruzəsinin dinlənildiyi, qaliblərin 140 ekspert tərəfindən aparılan qiymətləndirilmə əsasında “Ən yaxşı çıxış” nominasiyası üzrə I, II, və III yer olmaqla müəyyənləşdirildiyi qeyd edilib.

 

Daha sonra ATU və digər klinik bazaların nümayəndələrindən ibarət, uğurlu nəticələr göstərərək I yer üzrə qalib adını qazanan 20 rezident və magistrə diplomlar təqdim edilib.

 

Təqdimetmə mərasiminin sonunda rektor bu gün elmi sahədə xüsusi seçilən və fərqlənən gənc tədqiqatçıların elmi potensialının daha da inkişaf etməsinin qürurverici olduğunu bir daha diqqətə çatdırıb.

 

Gəray Gəraybəyli məsuliyyətli və şərəfli karyeralarının hələ başlanğıcında olan qaliblərə gələcəyin alim və mütəxəssisləri olaraq yeni elmi zirvələr, yüksək intellektual potensial və araşdırma həvəsinin tükənməzliyi, elmi və praktik fəaliyyətlərində sonsuz uğurlar arzulayıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır