TƏBİB-in İcraçı direktoru tibb işçiləri ilə görüşüb  
18.06.2026 09:19
Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə TƏBİB-in İcraçı direktoru Anar Bayramov TƏBİB kollektivi ilə görüş keçirib.
 
TƏBİB-dən Aztibb.az-a bildirilib ki, görüşdə ölkə səhiyyəsinin inkişafı istiqamətində görülən işlər, səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması, tibbi xidmətlərin əlçatanlığının genişləndirilməsi və sistemin inkişaf prioritetləri ətrafında fikir mübadiləsi aparılıb.
 
Peşə bayramı münasibətilə səhiyyə işçilərini təbrik edən İcraçı direktor bildirib ki, Ümummilli Lider Heydər Əliyevin təsis etdiyi bu əlamətdar gün artıq 25 ildir ki, səhiyyə işçilərinin əməyinə verilən yüksək dəyərin ifadəsidir. O, səhiyyə işçilərinə göstərdikləri xidmətə görə təşəkkür edib, onların vətəndaşların sağlamlığının qorunması istiqamətində həyata keçirdikləri fəaliyyətin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
 
Çıxış zamanı Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın səhiyyə sahəsinə göstərdikləri xüsusi diqqət və qayğının ölkədə səhiyyə sisteminin inkişafı, müasir tibb infrastrukturunun formalaşdırılması, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və insan kapitalının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığı qeyd olunub. Vurğulanıb ki, həyata keçirilən ardıcıl islahatlar və dövlət proqramları səhiyyə sisteminin inkişafına mühüm töhfə verib.
 
Görüş iştirakçıları arasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə dövlət təltiflərinə layiq görülmüş tibb işçiləri də olub. Anar Bayramov onları səhiyyə sahəsində xidmətlərinə görə dövlət təltiflərinə layiq görülmələri münasibətilə təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
 
Tibb işçiləri göstərilən diqqətə görə təşəkkürlərini bildirərək, bundan sonra da ölkə vətəndaşlarına keyfiyyətli tibbi xidmət göstərilməsi istiqamətində səylərini davam etdirəcəklərini qeyd ediblər.
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır