ATU-nun professoru Türkiyədə Böyük İpək Yolu ilə bağlı elmi məruzə edib  
17.06.2026 16:48
Azərbaycan Tibb Universitetinin (ATU) professoru Türkiyənin Ərzurum şəhərində ilə keçirilən “Modern İpək Yolu Üzərində Türk Dövlətlərinin Siyasi və İqtisadi İnteqrasiya Prosesləri: Çətinliklər və Perspektivlər” adlı beynəlxalq elmi konfransda məruzə ilə çıxış edib.
 
 
Bu məlumat Aztibb.az-a ATU-dan verilib.
 
Bildirilib ki, ATU-nun İctimai fənlər kafedrasının müdiri, professor Qoşqar Əliyev “Böyük İpək Yolu: bəşəriyyətin tərəqqi yolu və Azərbaycanın tarixi-strateji əhəmiyyəti” mövzusunda məruzəsində bir çox məqamlara toxunub.
 
Məruzədə Azərbaycanın tarixi İpək Yolu üzərində yerləşməsi, Şərq və Qərb arasında mədəni körpü rolunu oynaması, müxtəlif sivilizasiyalar arasında qarşılıqlı təsirin formalaşmasına verdiyi töhfələr, eləcə də ölkəmizin müasir dövrdə türk dünyasının inteqrasiyası və beynəlxalq əməkdaşlıq proseslərində oynadığı rol elmi əsaslarla təhlil edilib.
 
Türkiyə, Azərbaycan və digər türk dövlətlərindən olan alimlərin iştirak etdiyi konfransda ATU əməkdaşına elmi məruzə və fəal iştirakına görə Atatürk Universiteti tərəfindən təşəkkürnamə təqdim olunub.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır