Sabahdan küçədə də maska taxılmalıdır - Xəbərdarlıq
20.11.2020 11:17

Daxili İşlər Nazirliyi açıq havada maskadan istifadəyə nəzarət üçün polis naryadlarının fəaliyyətini gücləndirəcək.

 

DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidovun sözlərinə görə, noyabrın 21-dən etibarən küçədə, parklarda, açıq və qapalı məkan olan bütün ictimai yerlərdə polis əməkdaşları karantin rejiminin qaydalarına əməl edilməsinə nəzarət edəcək:

 

“Karantin vaxtı polislər daim xidmətdə idi. Yeni qərardan sonra bu nəzarət daha da gücləndiriləcək. İnsanların küçədə, parklarda maskadan düzgün istifadə etməsinə nəzarət olunacaq.

 

Burada vətəndaşların yalnız maskadan istifadə etməsi yox, düzgün istifadə etməsinə nəzarət olunacaq. Maska ağız və burunu tam qapatmalıdır. Maskanı çənəyə taxıb gəzməklə karantin qaydasına əməl etmək olmur. Maskadan düzgün istifadə etməyənlər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq məsuliyyətə cəlb ediləcəklər”.

 

Qeyd edək ki, maskadan düzgün istifadə etməməyə görə cərimə fiziki şəxslər üçün 100 manatdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub