Binəqədidə Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd olunub
17.06.2026 16:20
Binəqədi Rayon İcra Hakimiyyəti və Ə.D.Məlikov adına Binəqədi Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə 17 İyun–Tibb İşçilərinin Peşə Bayramı Gününə həsr olunmuş tədbir keçirilib.
 
Binəqədi Tibb Mərkəzindən Aztibb.az-a bildirilib ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini-Ərazi təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Sevinc Süleymanova, Binəqədi Tibb Mərkəzinin direktoru Müşfiq Mirzəyev, 20 № li Uşaq Poliklinikasının baş həkimi Qabil Qədimov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Nicat Allahverdiyev, sektorun baş məsləhətçisi Elnur Məmmədov, rayon ərazisində fəaliyyət göstərən tibb müəssisələrinin məsul əməkdaşları iştirak ediblər.
 
Tədbiri giriş nitqi ilə açan Ə.D.Məlikov adına Binəqədi Tibb Mərkəzinin direktoru Müşfiq Mirzəyev qonaqları salamlayaraq tibb işçilərini peşə bayramları münasibətilə təbrik edib və həmkarları adından tibb müəssisələrində yaradılan şəraitə və səhiyyə işçilərinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildirib.
 
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini-Ərazi təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Sevinc Süleymanova tibb işçilərini Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hər bir sahəyə olduğu kimi səhiyyə sahəsinə olan xüsusi diqqət və qayğısının nəticəsində 4 iyun 2001-ci il tarixli Sərəncamı ilə imzalanan 17 İyun-Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə təbrik edərək, qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında aparılan genişmiqyaslı islahatlar, milli səhiyyə sistemimizin sürətlə müasirləşməsi, vətəndaşlarımızın dövlətin yaratdığı tibb xidmətlərindən yüksək səviyyədə yararlanması əhalinin sağlamlığının etibarlı təminatına xidmət edir. Müasir tibb mərkəzlərinin açılması, köhnə tibb ocaqlarının yenidən bərpa olunaraq müasir avadanlıqlarla təmin olunması, səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yeniləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə səhiyyənin ən çətin problemlərinin həlli istiqamətində icra edilən proqramlar əhalinin sağlamlığının qorunmasında mühüm rol oynayır.
 
Tədbirin sonunda bir qrup tibb işçisi Fəxri fərman və hədiyyələr ilə təltif olunublar.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır