Ağır vəziyyətdə Elmi-Tədqiqat Pediatriya İnstitutuna gətirilən 3 günlük körpə sağlamlığına qovuşub
17.06.2026 16:07
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun Yenidoğulmuşların Reanimasiya və İntensiv Terapiya şöbəsinə 29.05.2026-cı il təvəllüdlü 3 günlük körpə olduqca ağır vəziyyətdə qəbul olunub.
Bu xəbər Aztibb.az-a Elmi-Tədqiqat Pediatriya İnstitutundan verilib.
Bildirilib ki, körpəyə qida borusunun atreziyası, distal traxeoezofagial fistul, aspirasion pnevmoniya, tənəffüs çatışmazlığı, hestasiya yaşına görə az kütləli yenidoğulmuş diaqnozları qoyulub.
Anamnezə əsasən, uşaq ailənin ikinci hamiləliyindən, ikinci doğuşundan olub. 39 həftəlik hestasiya yaşında təbii doğuş yolu ilə 2400 qram bədən çəkisi ilə dünyaya gəlib. Körpə qəbul olunduqdan dərhal sonra institutun Yenidoğulmuşların Reanimasiya və İntensiv Terapiya şöbəsinə yerləşdirilib. Şöbə müdiri Xuraman Məmmədovanın nəzarəti altında, müalicə həkimi Leyla Abdullayeva tərəfindən müvafiq müayinələr aparılıb və cərrahi müdaxiləyə hazırlanıb.
02.06.2026-cı il tarixində Uşaq cərrahiyyəsi şöbəsinin müdiri Umud Musayevin rəhbərliyi ilə, uşaq cərrahı Dünya Əzizovanın assistentliyi və Anesteziologiya şöbəsinin müdiri Nailə Səlimovanın iştirakı ilə cərrahi əməliyyat uğurla icra olunub. Əməliyyat zamanı sağ tərəfli torakotomiya, distal traxeoezofagial fistulun ləğvi, ezofaqo-ezofagial anastomozun qoyulması və döş boşluğunun drenajı həyata keçirilib.
Xəstə küvez şəraitində, monitor nəzarətində saxlanılıb. Süni ventilyasiya aparatının (SVA) NİV rejimində respirator dəstək alıb.
Hal-hazırda xəstənin vəziyyəti stabildir. Tənəffüsü spontandır. Qidalandırılır qidanı həzm edir. Fizioloji aktları sərbəstdir. Müalicənin müsbət dinamikası nəzərə alınaraq Yenidoğulmuşların Reanimasiya və İntensiv Terapiya şöbəsindən 2 həftədən sonra Uşaq Cərrahiyəsi şöbəsinə köçürülüb, hazırda həkim nəzarəti altında müalicəsi davam etdirilir və yaxın günlərdə evə yazılması planlaşdırılır.
Valideynlər körpələrinin sağlamlığına qovuşması istiqamətində göstərilən yüksək ixtisaslı tibbi yardım, yaradılan şərait və diqqətə görə institutun rəhbərliyinə, həmçinin müalicə və əməliyyat prosesində əməyi keçən bütün həkimlərə, tibb işçilərinə və institut kollektivinə dərin minnətdarlıqlarını bildiriblər.
Bu bölməyə aid digər xəbərlər
Nigeriyada “Ebola” virusuna ilk yoluxma halı qeydə alınıb
21.10.2026 | 10:57
AQTİ mütəxəssisi İtaliyada karantin statuslu göbələyin inkişaf xüsusiyyətlərini araşdırıb
21.10.2026 | 09:47
ATU tələbələri “Zirvəyə birlikdə qalxaq!” kütləvi yürüşündə
21.10.2026 | 08:29
1 saylı ixtisaslaşdırılmış poliklinikanın baş həkimi Yavər Şıxəliyev vəfat edib
20.10.2026 | 15:55
Şamaxı rayonunun Mərzəndiyyə kəndində sakinlər üçün səyyar tibbi xidmət keçirilib
20.10.2026 | 15:51
Elmi-Tədqiqat Pediatriya İnstitutunda şəhid və qazi ailələrinə xüsusi diqqət və qayğı göstərilir
20.10.2026 | 15:24
Sabunçu Tibb Mərkəzinin oftalmoloqu Aysel Məmmədova - Həkimlərimizi tanıyaq!
20.10.2026 | 15:16
İSİM nümayəndələri “Hüquq, Tibb və Cəmiyyət” XVII Azərbaycan-Türkiyə-Almaniya Tibb Hüququ Simpoziumunda iştirak ediblər
20.10.2026 | 14:34
Ötən il Azərbaycanda 3 minə yaxın şəxsə süd vəzi xərçəngi diaqnozu qoyulub
20.10.2026 | 12:07
ATU-da “Tibb bacılığı: gələcəyi formalaşdıran güc” mövzusunda təlim keçirilib
20.10.2026 | 10:10
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

