Səhiyyə sahəsində səmərəli fəaliyyət göstərən bir qrup tibb işçisi təltif edilib - Pirallahı Tibb Mərkəzində 
17.06.2026 13:01
Pirallahı Tibb Mərkəzində 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib.
 
Mərkəzdən Aztibb.az-a verilən xəbərə görə, tədbirdə tibb işçilərinin cəmiyyətin sağlamlığının qorunmasında göstərdikləri fədakar xidmətlərdən, onların peşəkarlığından və insan həyatının xilası naminə gördükləri mühüm işlərdən bəhs olunub.
 
Tədbiri giriş nitqi ilə Pirallahı Tibb Mərkəzinin direktoru Şöhrət Söyziyev açaraq səhiyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib. O, tibb işçilərinin üzərinə düşən məsuliyyətin böyük olduğunu vurğulayaraq, onların əhalinin sağlamlığının keşiyində ayıq-sayıq dayandıqlarını, göstərdikləri əzm və zəhmətin hər zaman yüksək qiymətləndirildiyini bildirib.
 
Daha sonra Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Zülfiyyə Məmmədhüseynova çıxış edərək tibb işçilərini peşə bayramı münasibətilə təbrik edib, onların cəmiyyət üçün əvəzsiz xidmətlərindən danışıb. O, səhiyyə sahəsində çalışan insanların hər zaman böyük hörmət və ehtiramla qarşılandığını, insan sağlamlığının qorunması və inkişafı istiqamətində gördükləri işlərin dövlət tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib.
 
Tədbirin sonunda Pirallahı Tibb Mərkəzinin Həmkarlar İttifaqı Komitəsi tərəfindən səhiyyə sahəsində səmərəli fəaliyyət göstərən bir qrup tibb işçisi fəxri fərman, təşəkkürnamə və hədiyyələrlə təltif olunub.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır