Əlilliyi olan uşaqlar üçün növbəti hippoterapiya tədbirləri təşkil olunub  
17.06.2026 14:45

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyi olan uşaqlar üçün növbəti hippoterapiya (atlar vasitəsilə terapiya) tədbirləri təşkil edib.

 

Aztibb.az-a Agentlikdən verilən xəbərə görə, “Baku GoldenHorse Therapeutic and Educational Center” atçılıq mərkəzi ilə birgə təşkil olunan tədbirlərə qurumun reabilitasiya mərkəzlərində bərpa müalicəsi xidmətləri göstərilən uşaqlar cəlb edilib.

 

Həftədə iki dəfə keçirilən terapiyanın əsas məqsədi at üzərində hərəkət vasitəsilə uşaqlarda bədən əzələlərinin aktivliyini artırmaq, motor bacarıqlarını inkişaf etdirmək, koordinasiya və tarazlığın gücləndirilməsinə dəstək göstərməkdir.

 

2022-ci ildən etibarən həyata keçirilən hippoterapiya tədbirlərindən indiyədək əlilliyi olan 1500 şəxs faydalanıb.

 

Beynəlxalq təcrübəyə əsaslanan bu terapiya üsulu əlilliyi olan şəxslərin ümumi əhval-ruhiyyəsinin yüksəldilməsinə, autizm spektr pozuntusu, daun sindromu, serebral iflic, nitq qüsurları və s. olan uşaqların sosial-psixoloji və fizioterapevtik reabilitasiyasına müsbət təsir göstərir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır