Boris Conson Britaniyada pandemiyanın əvvəlində buraxılan səhvləri etiraf edib
25.07.2020 19:51

Böyük Britaniyanın Baş Naziri Boris Conson Birləşmiş Krallıqda koronavirus infeksiyasının yayılmağa başladığı vaxt hökumətin səhvə yol verdiyi fikri ilə razılaşıb.

 

Aztibb.az xəbər verir ki, Baş Nazir bu sözləri BBC telekanalının efirində deyib. “Biz ilk bir neçə həftə və ay ərzində koronavirusla bağlı problemin ciddiliyini lazımi qədər anlamadıq”, - deyə Boris Conson telekanala müsahibəsində bildirib.

 

Onun sözlərinə görə, Böyük Britaniya hakimiyyəti pandemiyanın ilkin mərhələsində virusun insandan insana simptomsuz yayılma miqyasını düzgün qiymətləndirməyib. Baş Nazir, həmçinin baş verənlərdən nəticə çıxarılmalı olduğunu da vurğulayıb.

 

Qeyd edək ki, pandemiyanın statistikasını aparan "Worldometer" saytının son məlumatına görə, Birləşmiş Krallıqda indiyədək 297 min 914 nəfər koronavirusa yoluxub, onlardan 45 min 677 nəfəri həyatını itirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır