Həkim başgicəllənmənin üç əsas səbəbini açıqlayıb
18.06.2026 10:03

Başgicəllənmə müstəqil xəstəlik deyil, müxtəlif sağlamlıq problemlərinin əlamətidir. Onun yaranmasına səbəb olan amillər isə o qədər də çox deyil. Bu barədə nevroloq Mariya Şapovalova danışıb.

 

Aztibb.az "Arqumentı i faktı" nəşrinə istinadən yazır ki, həkimin sözlərinə görə, başgicəllənmə ilk növbədə vestibulyar aparatın patologiyaları ilə bağlı ola bilər. Bundan əlavə, tarazlığın qorunmasına cavabdeh olan beyin strukturlarının xəstəlikləri də bu əlamətə səbəb ola bilər.

 

“Buna görə də, əgər insanda, məsələn, insult baş veribsə, bu vəziyyət özünü başgicəllənmə və yeriş zamanı qeyri-sabitliklə göstərə bilər”, – deyə Şapovalova bildirib.

 

Nevroloq başgicəllənmənin üçüncü səbəbinin psixogen amillərlə əlaqəli olduğunu vurğulayıb. Onun izahına görə, belə hallarda başgicəllənmə nə zahiri görünüşdə, nə də nevroloji müayinə zamanı özünü göstərir. İnsan özünü qeyri-sabit hiss edə, halsızlıq, “başda dumanlanma” hissi yaşaya bilər. Lakin ətrafdakı əşyalar fırlanmır və o, normal şəkildə hərəkət edə bilir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
AQTA-nın KOB evlərində xidmət göstərən əməkdaşları üçün təlim təşkil olunub