Professor Dilzarə Ağayeva Qırğızıstanda beynəlxalq tədbirlərdə iştirak edib
16.06.2026 15:46

ETN Botanika İnstitutunun Mikologiya laboratoriyasının müdiri, biologiya elmləri doktoru, professor Dilzarə Ağayeva Qırğızıstanın Manas şəhərində keçirilən beynəlxalq tədbirlərdə iştirak edib.

 

Aztibb.az-ın xəbərinə görə, professor D.Ağayeva BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) təşkil etdiyi “Qırğızıstanın qoz-meyvə meşələri: Ümumdünya Təbii İrsi, Biomüxtəliflik üçün Qlobal Xəzinə, İqlim və Davamlı İnkişaf” mövzusunda beynəlxalq konfransa, eləcə də Avropa və Mərkəzi Asiya üçün Meşə İnvaziv Növlər Şəbəkəsinin (REUFIS) illik toplantısına qatılıb.

 

Tədbirin əsas məqsədi Qırğızıstanın qoz-meyvə meşələrinin qorunması, davamlı idarə olunması və inkişafı ilə bağlı məsələlərin müzakirəsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və yeni tərəfdaşlıqların qurulması olub.

 

Konfrans çərçivəsində professor Dilzarə Ağayeva “Azərbaycanda qərzəkli meyvəlilər: müxtəlifliyi, istifadəsi və xəstəlikləri” mövzusunda məruzə ilə çıxış edib. O, təqdimatında Azərbaycanda yayılan qərzəkli meyvə bitkilərinin müxtəlifliyi, onların təsərrüfat əhəmiyyəti, istifadə istiqamətləri və əsas xəstəlikləri haqqında məlumat verib.

 

FAO-nun Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisinin, Qırğızıstan Respublikasının dövlət qurumlarının və bir sıra beynəlxalq təşkilatların birgə əməkdaşlığı ilə təşkil olunan tədbirdə 20-dən çox ölkədən nümayəndələr iştirak ediblər. Tədbir həm əyani, həm də onlayn formatda keçirilib.

Beynəlxalq konfrans və toplantı biomüxtəlifliyin qorunması, meşə ekosistemlərinin davamlı idarə olunması və invaziv növlərlə mübarizə sahəsində təcrübə mübadiləsi üçün mühüm platforma rolunu oynayıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır