Regionlarda həkim çatışmazlığı narahatlıq doğurur
17.06.2026 09:25

Azərbaycanda həkimlərin böyük hissəsi paytaxtda cəmləşib. Rəsmi statistikaya əsasən, ilin əvvəlində ölkə üzrə fəaliyyət göstərən 34 776 həkimin 23 585-i Bakıda çalışır. Bu isə ümumi həkim sayının təxminən 68 faizini təşkil edir. Nəticədə paytaxtda hər 10 min nəfərə 100 həkim düşdüyü halda, bir çox rayonlarda vəziyyət xeyli fərqlidir.

 

Aztibb.az yerli KİV-ə istinadən yazır ki, bu göstəricilər regionlarla paytaxt arasındakı fərqin nə qədər böyük olduğunu ortaya qoyur. Məsələn, Daşkəsəndə cəmi 15 həkim fəaliyyət göstərir və burada hər 10 min nəfərə düşən həkim sayı yalnız 4 nəfərdir. 

 

Tovuz rayonunun Köhnəqala kəndində yaşayanlar deyirlər ki, ixtisaslı həkim tapmaq getdikcə çətinləşir. Onların sözlərinə görə, bir çox tibbi xidmətlərdən yararlanmaq üçün Şəmkir, Gəncə və ya Qazaxa üz tutmalı olurlar. Xüsusilə kardioloq, pulmonoloq və nevroloq kimi mütəxəssislərin çatışmazlığı həm əlavə xərc yaradır, həm də müalicə prosesini uzadır.

 

Oxşar vəziyyət Oğuz rayonunda da müşahidə olunur. Rayon üzrə qeydiyyatda olan 57 həkim əhalinin tələbatını tam qarşılamağa kifayət etmir. Sakinlər bildirirlər ki, endokrinoloq və travmatoloq kimi mütəxəssislərə müraciət etmək üçün tez-tez Şəkiyə getməli olurlar. Bəzən isə həkim tapa bilmədikləri üçün geri qayıtmağa məcbur qalırlar.

 

Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Müşfiq Məmmədli hesab edir ki, problemin həlli yalnız yeni kadrların hazırlanması ilə məhdudlaşmamalıdır. Onun fikrincə, bölgələrdə işləyən həkimlər üçün mənzil təminatı, maliyyə təşviqləri, ipoteka imkanlarının genişləndirilməsi və özəl səhiyyə sektorunun inkişafı kimi addımlar atılmalıdır. Deputat əlavə edir ki, təcrübəli həkimlərin regionlara cəlb olunması üçün əlavə maaş mexanizmləri də tətbiq edilə bilər.

 

TƏBİB də bəzi regional tibb müəssisələrində müəyyən ixtisaslar üzrə həkim çatışmazlığının mövcud olduğunu təsdiqləyib. Qurumdan bildirilib ki, problemin aradan qaldırılması üçün kadrların planlaşdırılması və bölgələr üzrə yerləşdirilməsi sisteminin təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır