Sumqayıtda “Qurtuluş Kuboku – 2026” minifutbol turniri başa çatıb
15.06.2026 19:36
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026” minifutbol turniri yekunlaşıb. Sumqayıt Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının təşəbbüsü, Sumqayıt Tibb Mərkəzi və Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin dəstəyi ilə təşkil olunan yarışın bağlanış və mükafatlandırma mərasimi keçirilib.
Bu barədə Aztibb.az-a Sumqayıt Tibb Mərkəzindən xəbər veriib.
Bildirilib ki, mərasimdə Sumqayıt Tibb Mərkəzinin direktor müavini Ramin Qasımov, Azərbaycan Respublikası Səhiyyə İşçiləri Həmkarlar İttifaqının sədr müavini Qönçə Abdullayeva, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin rəis vəzifəsini müvəqqəti icra edən, rəis müavini Rüfət Mahmudzadə və Sumqayıt Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının sədri Elmira Quliyeva iştirak ediblər.
Çıxışlarda Milli Qurtuluş Gününün Azərbaycan dövlətçiliyinin tarixində mühüm yer tutduğu qeyd olunub, bu cür yarışların səhiyyə işçiləri arasında həmrəyliyin möhkəmlənməsinə, sağlam həyat tərzinin təşviqinə və kollektivlərarası əməkdaşlığın inkişafına xidmət etdiyi vurğulanıb.
Səkkiz komandanın mübarizə apardığı turnirin yekun nəticələrinə əsasən Təcili Tibbi Yardım Xəstəxanasının komandası III, 3 nömrəli Şəhər Xəstəxanasının komandası II yerə layiq görülüb. 1 nömrəli Şəhər Xəstəxanasının komandası isə final görüşündə qələbə qazanaraq “Qurtuluş Kuboku – 2026”nın qalibi olub.
Qalib və mükafatçı komandalara kubok, medal və diplomlar təqdim edilib.
Tədbirin sonunda yarışın təşkilinə və keçirilməsinə dəstək göstərən qurumlara, iştirakçı komandalara, hakimlərə və təşkilatçılara təşəkkür bildirilib.
“Qurtuluş Kuboku – 2026” səhiyyə işçiləri arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi, sağlam həyat tərzinin təbliği və idmana marağın artırılması məqsədilə keçirilib.
Bu bölməyə aid digər xəbərlər
Nigeriyada “Ebola” virusuna ilk yoluxma halı qeydə alınıb
21.10.2026 | 10:57
AQTİ mütəxəssisi İtaliyada karantin statuslu göbələyin inkişaf xüsusiyyətlərini araşdırıb
21.10.2026 | 09:47
ATU tələbələri “Zirvəyə birlikdə qalxaq!” kütləvi yürüşündə
21.10.2026 | 08:29
1 saylı ixtisaslaşdırılmış poliklinikanın baş həkimi Yavər Şıxəliyev vəfat edib
20.10.2026 | 15:55
Şamaxı rayonunun Mərzəndiyyə kəndində sakinlər üçün səyyar tibbi xidmət keçirilib
20.10.2026 | 15:51
Elmi-Tədqiqat Pediatriya İnstitutunda şəhid və qazi ailələrinə xüsusi diqqət və qayğı göstərilir
20.10.2026 | 15:24
Sabunçu Tibb Mərkəzinin oftalmoloqu Aysel Məmmədova - Həkimlərimizi tanıyaq!
20.10.2026 | 15:16
İSİM nümayəndələri “Hüquq, Tibb və Cəmiyyət” XVII Azərbaycan-Türkiyə-Almaniya Tibb Hüququ Simpoziumunda iştirak ediblər
20.10.2026 | 14:34
Ötən il Azərbaycanda 3 minə yaxın şəxsə süd vəzi xərçəngi diaqnozu qoyulub
20.10.2026 | 12:07
ATU-da “Tibb bacılığı: gələcəyi formalaşdıran güc” mövzusunda təlim keçirilib
20.10.2026 | 10:10
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

